Azərbaycan Prezidenti İlham Əliyevin və İranın
Ali Rəhbəri Seyid Əli
Xameneinin görüşü
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin İran İslam
Respublikasına rəsmi səfəri
Aprelin
9-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri
Seyid Əli Xameneinin görüşü olmuşdur.
Seyid
Əli Xamenei xalqımızın ümummilli lideri Heydər
Əliyev ilə görüşlərini və bu
görüşlər zamanı səmimi söhbətləri
məmnunluqla xatırlatdı. O, Azərbaycan Prezidentinin səfərinin
ölkələrimiz arasındakı əməkdaşlığın
daha da genişlənməsi işinə xidmət edəcəyinə
əminliyini vurğuladı. Seyid Əli Xamenei əlaqələrimizin
bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar
olduğunu bildirdi, xalqlarımız, dövlətlərimiz
arasındakı yaxınlığın və ümumi
köklərin münasibətlərimizin inkişafına
öz töhfəsini verdiyini qeyd etdi. İranın Ali Rəhbəri
ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
bütövlüyü əsasında həllinin tərəfdarı
olduğunu bildirdi. Seyid Əli Xamenei Azərbaycan Prezidentinin
böyük təcrübəyə malik olduğunu
vurğuladı və Azərbaycan xalqına firavanlıq
arzularını çatdırdı.
Prezident
İlham Əliyev ikitərəfli münasibətlərimizin
uğurla inkişaf etdiyini, ölkələrimiz arasında
tarixi, mədəni, dini köklərin əlaqələrimizin
inkişafı üçün möhkəm zəmin
yaratdığını bildirdi. Dövlətimizin
başçısı Azərbaycan ilə İranın beynəlxalq
səviyyədə bir-birini dəstəklədiklərini
vurğuladı, iqtisadi əlaqələrimizin genişləndirilməsi
işində yaradılmış müştərək
komissiyanın mühüm rol oynayacağını diqqətə
çatdırdı. Azərbaycan Prezidenti ölkələrimiz
və xalqlarımız arasında əlaqələrin bundan
sonra da genişləndirilməsinin əhəmiyyətini qeyd
etdi. Dövlətimizin başçısı Ermənistanın
təcavüzü nəticəsində meydana gəlmiş Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin yalnız və
yalnız Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində, beynəlxalq hüququn
normaları və prinsipləri əsasında həllinin vacib
olduğunu bildirdi. Prezident İlham Əliyev münasibətlərimizin
inkişafı üçün ölkələrimizin siyasi
iradəyə malik olduğunu vurğulayaraq əlaqələrimizin
bundan sonra da genişlənəcəyinə əminliyini
söylədi.
Azərbaycan.-2014.- 10 aprel.- S.3.