A.A.Mustafazadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında nəşriyyat işi sahəsində səmərəli fəaliyyətinə görə Azər Abdulla oğlu Mustafazadə “Şöhrət” ordeni ilə təltif edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2014-cü il.

Azərbaycan.-2014.- 11 aprel.- S.1.