Azərbaycan nümayəndə heyətinin rəhbəri AŞPA yığıncağına sədrlik etmişdir

 

 

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının dördüncü iş gününün sonunda “Hamı üçün layiqli iş” mövzusunda keçirilən yığıncağa Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov sədrlik etmişdir.

Xatırladaq ki, cari ilin qış sessiyasında yenidən AŞPA bürosunun və qurumun sədr müavini seçilən Səməd Seyidov ikinci dəfədir ki, yığıncağa sədrlik edir.

 

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

Azərbaycan.-2014.- 11 aprel.- S.5.