Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin rəisi Ə.M.Paşayevə feldyeger xidməti general-leytenantı ali xüsusi rütbəsinin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin rəisi, feldyeger xidməti general-mayoru Ədalət Məhəmməd oğlu Paşayevə feldyeger xidməti general-leytenantı ali xüsusi rütbəsi verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 aprel 2014-cü il

Azərbaycan.-2014.- 12 aprel.- S.1.