«Azərbaycan Respublikası hökuməti və Polşa Respublikası hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında» sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası hökuməti və Polşa Respublikası hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" 2013-cü il noyabrın 14-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 4 mart 2014-cü il

Azərbaycan.-2014.- 13 aprel.- S.1.