«Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1005 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1005 nömrəli sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 9, maddə 825) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissə ləğv edilsin;

1.2. 2-ci hissədə "30" rəqəmi "45" rəqəmi ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 aprel 2014-cü il

Azərbaycan.-2014.- 13 aprel.- S.2.