Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 28 sentyabr tarixli 634 nömrəli fərmanı ilə təsdiq
edilmiş «İnzibati
xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı»nda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 872; 2008, № 3, maddələr 169, 186, № 5, maddə 364, № 6, maddələr 483, 504, № 12, maddə 1057; 2009, № 2, maddələr 59, 69, 73, № 5, maddə 321, № 6, maddə 421; 2010, № 2, maddə 80, № 3, maddələr 180, 184, 193, № 6, maddə 494, № 7, maddə 606, № 8, maddələr 716, 725, № 10, maddə 849; 2011, № 6, maddə 512, № 9, maddə 792; 2012, № 3, maddə 200, № 5, maddə 421, № 10, maddə 951, № 11, maddə 1117, № 12, maddə 1238; 2013, № 2, maddə 108, № 4, maddələr 370, 372, 376, № 9, maddələr 1045, 1059, № 12, maddə 1520) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 5.1-ci bəndində "idarələrinin" sözü "departamentlərinin (idarələrinin)" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2014-cü il
Azərbaycan.-2014.- 13 aprel.- S.2.