«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli fərmanını "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 845-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 91 nömrəli fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 621; 2005, ¹ 2, maddə 64, ¹ 8, maddə 718; 2006, ¹ 7, maddə 590; 2007, ¹ 6, maddə 606; 2010, ¹ 4, maddə 287, ¹ 7, maddə 610; 2011, ¹ 11, maddə 998; 2013, ¹ 9, maddə 1052, ¹ 12, maddə 1509, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 101 nömrəli fərmanı) aşağıdakı məzmunda 4.2.7-ci yarımbənd əlavə edilsin:

"4.2.7. 6.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlar" dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri nəzərdə tutulur.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 aprel 2014-cü il

Azərbaycan.-2014.- 13 aprel.- S.2.