Prezident İlham
Əliyev Rusiyanın Ulyanovsk vilayətinin
qubernatorunun başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də
Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey
Morozovun başçılıq etdiyi nümayəndə heyətini
qəbul etmişdir.
Prezident
İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında ikitərəfli əlaqələrin,
o cümlədən ölkəmiz ilə Rusiyanın
ayrı-ayrı subyektləri arasında əməkdaşlığın
uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin
başçısı Rusiya Federasiyasının Ulyanovsk vilayətinə
səfərini məmnunluqla xatırladı. Ölkəmiz ilə
Rusiya Federasiyası və onun subyektləri arasında müxtəlif
istiqamətlərdə, o cümlədən investisiya, birgə
istehsal və digər sahələrdə fəal əməkdaşlığın
mövcud olduğunu deyən Prezident İlham Əliyev bu əməkdaşlığın
genişləndirilməsi üçün yaxşı
imkanların olduğunu dedi. Dövlətimizin
başçısı əməkdaşlığımızın
yeni sahələrinin müəyyənləşdirilməsi
baxımından Bakıda keçirilən Rusiya-Azərbaycan
biznes forumunun önəmini qeyd etdi. Prezident İlham Əliyev
Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun
başçılıq etdiyi nümayəndə heyətinin
ölkəmizə səfərinin uğurlu olacağına əminliyini
bildirdi.
Böyük
nümayəndə heyəti ilə ölkəmizə səfər
etdiyini vurğulayan Sergey Morozov əməkdaşlığımızın
müxtəlif sahələrdə daha da genişləndirilməsi
üçün yaxşı imkanların olduğunu dedi.
Sergey Morozov Azərbaycan ilə iqtisadi və humanitar sahələrdə
əməkdaşlığın daha da genişləndirilməsi
üçün Ulyanovsk vilayətində həyata
keçirilən işlər və layihələrdən
danışdı, əməkdaşlığımızın
bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini
bildirdi.
Azərbaycan.-2014.- 15 aprel.- S.4.