Aqrar sektorda yeni inkişaf mərhələsi başlayır

 

Prezidentin "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanı bu mərhələnin istiqamətlərini müəyyənləşdirir

 

Xəbər verildiyi kimi, aprelin 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr  olunan iclası keçirilmişdir. İclasda dövlət başçısı girişyekun nitqləri ilə çıxış etmişdir. Həmin çıxışlarda Prezident ilin üç ayı ərzində ölkənin makroiqtisadi göstəricilərindən danışaraq əldə olunan uğurları yüksək qiymətləndirmiş, eyni zamanda yaxın gələcəkdə qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.

"Azərbaycan dinamik inkişaf templərini saxlaya bilmişdir. Ölkəmiz bütün sahələrdə uğurla irəliyə gedir. İqtisadiyyat 2,5 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ümumi daxili məhsulumuzun strukturu da yaxşılaşır" - deyən dövlət başçısı hesabat dövründə sosial sahədə qazanılan nailiyyətləri   vurğulamışdır: "Hesab edirəm ki, biz sosial məsələlərin həllində siyasətimizi düzgün istiqamətdə aparırıq. Bu siyasət artıq illər ərzində aparılır sınaqdan çıxmışdır. Əhalinin pul gəlirləri 4,5 faiz artmışdır. İnflyasiya isə cəmi 2 faiz təşkil edir. Beləliklə, həmişə olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu da insanların sosial məsələlərinin həlli üçün əsas şərtdir".

Məlumdur ki, artıq neçə ildir ölkəmizin iqtisadi siyasətində prioritet istiqamət kimi qeyri-neft sektorunun inkişaf etdirilməsi hədəf seçilmişdir ötən müddətdə bu sahədə xeyli uğurlar qazanılmışdır. Təkcə keçən il ölkə üzrə qeyri-neft sektorunda 10 faiz artım qeydə alınmışdır. Elə cari ilin yanvar-mart aylarında da sözügedən sahə üzrə artım az olmamışdır - 8,8 faiz. Bu uğuru Prezident hökumətin   son iclasında belə dəyərləndirmişdir: "Əlbəttə ki, bu artım son illərdə Azərbaycanda aparılan islahatların nəticəsidir. İqtisadiyyatla bağlı aparılan siyasət bizi bax bugünkü reallığa gətirib çıxarmışdır".

O da məlumdur ki, iqtisadiyyatın qeyri-neft bölməsində sanballı çəkiyə malik olan sahələrdən biri aqrar sektordur. Bu gün dünyanın qlobal ərzaq problemi ilə  üz-üzə qaldığı vaxtda aqrar sektorun inkişaf etdirilməsi Azərbaycanın iqtisadi siyasətində strateji istiqamət elan olunmuşdur. Ümumiyyətlə, ölkəmizdə demək olar həmişə aqrar bölməyə xüsusi fikir verilmişdir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü rəhbərliyi ilə Azərbaycan keçmiş SSRİ məkanında aqrar islahatlara başlayan ilk ölkə olmuşdur. Sonrakı illərdə ümummilli lider kənd təsərrüfatına, bu sahədə çalışanlara daim qayğı göstərmiş, fürsət düşdükdə ilk maddi dəstəyin məhz aqrar sektora göstərilməsini təmin etmişdir. Prezident İlham Əliyev isə bu gün həmin siyasəti davam etdirərək kənd təsərrüfatı məhsulları istehsalının artımı üçün qanunlar, qərarlar göstərişlər səviyyəsində bütün tədbirləri görür. Məhsul istehsalçılarının, demək olar, bütün vergilərdən azad edilməsi, onları yanacaq motor yağlarına, eləcə əkin sahələrinə görə subsidiyaların verilməsi, fermerlərə texnika cins mal-qaranın güzəştli qiymətlərlə satılması bu kimi digər tədbirlər son nəticədə istehsalın artmasına deməli, ölkəmizin ərzaq sarıdan idxaldan daha az asılılığına səbəb olmuşdur.

Amma Azərbaycan bununla kifayətlənmək fikrində deyil. Nazirlər Kabinetinin qeyd edilən iclasındakı nitqində kənd təsərrüfatında son mövsüm 3 faizdən çox artım olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev dövlətin bu sahədə növbəti məqsədini belə açıqlamışdır: "Ərzaq təhlükəsizliyi bu sahədə prioritet təşkil edir... İstehsalı mümkün olan bütün məhsullar Azərbaycanda istehsal edilməlidir biz idxaldan asılılığımızı azaltmalıyıq... Eyni zamanda biz ixrac imkanlarımızı da artırmalıyıq. Mən əminəm ki, indi kənd təsərrüfatında aparılan islahatlar - məhsuldarlığın artırılması, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının daha da böyük həcmdə alınması digər tədbirlər nəticəsində bizdə daha da böyük ixrac potensialı yaranacaq bizim artan daxili tələbat Azərbaycanda istehsal olunacaq kənd təsərrüfatı məhsullarını həzm edə bilməyəcəkdir. Ona görə ixrac imkanlarımızı artırmalıyıq. İxraca çıxarılan məhsullar ən yüksək dünya standartlarına cavab verməlidir. Biz yeni ixrac bazarları axtarmalıyıq o bazarlara çıxmalıyıq. Belə olan halda biz gələcəkdə sahibkarlığın kənd təsərrüfatının yüksəlişi üzrə çox dinamik inkişaf yolu ilə gedəcəyik, bu inkişafı təmin edəcəyik".

Sitatdan göründüyü kimi, aqrar sektor üzrə qarşıya qoyulan vəzifələr son nəticədə ölkənin ərzaq təhlükəsizliyinin tam təmin edilməsi ilə yanaşı, bu sahədə rəqabətə davamlı ixrac potensialının yaradılmasıdır. Bunun üçünsə təbii ki, ilk növbədə kənd təsərrüfatı bölməsində islahatlar davam etdirilməli, qabaqcıl dünya təcrübəsi öyrənilməlidir.

Elə Prezidentin 16 aprel 2014-cü il tarixli "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanı məhz bu məqsədə xidmət edir. Hər bir bəndinin aqrar sektorun daha sürətli, daha təkmil, daha etibarlı inkişafına yönələn fərmanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, eləcə Kənd Təsərrüfatı, İqtisadiyyat Sənaye nazirlikləri, Dövlət Torpaq Xəritəçəkmə, Əmlak Məsələləri Dövlət komitələri, "Meliorasiya Su Təsərrüfatı" "Azərbaycan  İnvestisiya Şirkəti" ASC-ləri digər  hökumət dövlət qurumları qarşısında konkret vəzifələr qoyulmuşdur.

Həmin vəzifələrdən biri Kənd Təsərrüfatı Nazirliyinin rayon şəhər idarələrinin yaradılmasıdır. Qeyd edək ki, hazırda sözügedən nazirliyin yalnız bir neçə rayon mərkəzində ərazi idarələri fəaliyyət göstərir onlar, sözsüz ki, bu gün aqrar sektorun qarşısında qoyulan vəzifələri yerlərdə icra etmək imkanına malik deyillər. Başqa sözlə desək, hər bir rayon şəhərdə Kənd Təsərrüfatı Nazirliyinin idarələrinin yaradılması yerlərdə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədini daşıyır.

Fərmanda başqa mühüm bənd aqroparkların yaradılması ilə bağlıdır. Məlumdur ki, bu gün kənd təsərrüfatında məhsul istehsalı ilə məşğul olanların ən böyük problemlərindən biri texnikanın çatışmazlığıdır. Bu sahədə dövlət tərəfindən xüsusən son illər ardıcıl tədbirlər görülsə , texnika qıtlığını tam aradan qaldırmaq mümkün olmayıb. Odur ki, sözügedən fərmanla Kənd Təsərrüfatı Nazirliyinə İqtisadiyyat Sənaye Nazirliyi ilə birlikdə aqroparkların yaradılması üçün 6 ay müddətinə təkliflərini hazırlamaq tapşırığının verilməsi hər bir fermerin  çoxdan gözlədiyi istəkdir.

Sənəddə bununla əlaqədar çox mühüm başqa bir bənd var. Bu da xarici investorları cəlb etməklə Azərbaycanda kənd təsərrüfatı təyinatlı texnikanın istehsalının təşkilidir. Prezident bu sahədə təkliflərini hazırlamaq üçün  Kənd Təsərrüfatı Nazirliyinə konkret vaxt da verib - 6 ay. Yəqin ki, aqrar sektorda çalışanları lazımi sayda texnika ilə təmin etmək üçün bundan səmərəli etibarlı yol yoxdur.

Kənd Təsərrüfatı Nazirliyinin səmərəli fəaliyyətinə nail olmaq üçün digər yol onun tərkibindəki özünü doğrultmayan qurumların ləğvi ya yenidən qurulmasıdır. Fərmanda da nazirliyə tapşırılmışdır ki, 3 ay müddətinə tabeliyində olan fəalliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə təşkilatlarının ləğvi, özəlləşdirilməsi, yenidən təşkili idarəetməyə verilməsi barədə  təkliflərini hazırlayaraq Prezidentə təqdim etsin.

Ümumiyyətlə, fərmanın başqa bəndlərində adları qeyd olunan qurumlara verilmiş tapşırıqlar (məsələn, "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılması, kənd təsərrüfatı laboratoriyalarının fəaliyyətlərinin təkmilləşdirilməsi, kənd təsərrüfatı heyvanlarının identifikasiya qeydiyyatı sisteminin təşkili, Azərbaycan Aqrar Elm Mərkəzinin onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi, aqrar elmi inkişafın konsepsiyasının,  "Kənd təsərrüfatı koorperasiyası haqqında" qanun antikartel fəaliyyətini tənzimləyən normativ aktların layihələrinin hazırlanması, kənd təsərrüfatında sığorta müxanizminin təkmilləşdirilməsi sadələşdirilməsi s.) indidən deməyə əsas verir ki, Azərbaycanın aqrar sektoru da yaxın gələcəkdə gözlənilən qabaqcıl mövqeyə çıxacaq.

 

R.MƏMMƏDOV,

Azərbaycan.-2014.- 18 aprel.- S.2.