Azərbaycan ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq

 Şurası arasında əlaqələr müzakirə edilmişdir

 

 

Aprelin 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, görüşdə Azərbaycan ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, habelə təşkilata üzv dövlətlər arasında əlaqələr və qurum tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında fikir mübadiləsi aparılmışdır. Həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının digər beynəlxalq təşkilatlar ilə əlaqələri də müzakirə edilmişdir.

 

Azərbaycan.-2014.- 18 aprel.- S.2.