Kolumbiya Respublikasının Prezidenti

 zati-aliləri cənab Xuan Manuel Santosa

 

Hörmətli cənab Prezident!

Böyük yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Bu əvəzsiz itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə, bütün Kolumbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı, 18 aprel 2014-cü il

Azərbaycan.-2014.- 19 aprel.- S.1.