Səhiyyə naziri Tərtərdə vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Səhiyyə naziri Oqtay Şirəliyev isə aprelin 18-də  Tərtər Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul etmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qəbulda Tərtər, Ağdam, Bərdə, Yevlax rayonları və Mingəçevir şəhəri sakinlərinin şikayətlərinə baxılmışdır. Ümumilikdə 31 nəfərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilmişdir.

Respublikamızın tibb üzrə aparıcı elmi-tədqiqat institutlarının və xəstəxanalarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapmışdır.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

 

Azərbaycan.-2014.- 19 aprel.- S.4.