Kambocanın Baş naziri Hun Sen
Azərbaycana rəsmi səfərə gəlmişdir
Kamboca
Krallığının Baş naziri Hun Sen aprelin 21-də Azərbaycan
Respublikasına rəsmi səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Kambocanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Kambocanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.
Kamboca
Krallığının Baş naziri Hun Seni
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli
Əhmədov və digər rəsmi şəxslər
qarşıladılar.
Azərbaycan.-2014.- 22 aprel.- S.2.