Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında

 iqtisadi və ticarət əlaqələri ildən-ilə genişlənir

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Dubay Ticarət və Sənaye Palatasının sədr müavini Hişam Al Şiravinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasında mövcud əlaqələr və əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Nazir Şahin Mustafayev Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını vurğulamışdır. Bildirilmişdir ki, yüksək səviyyəli siyasi münasibətlər, mövcud müqavilə-hüquq bazası, Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyəti iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır. Azərbaycan ilə BƏƏ arasında iqtisadi və ticarət əlaqələri ildən-ilə genişlənir. Dubay Ticarət və Sənaye Palatasının MDB üzrə nümayəndəliyinin məhz Bakıda açılması ölkələrimiz arasında əməkdaşlığa verilən əhəmiyyətin göstəricisidir. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında adamları da yaxından iştirak edirlər. Biznes dairələrinin iştirakı ilə keçirilmiş pərakəndə və françayzinq biznesi üzrə “dəyirmi masayeni əlaqələrin qurulması baxımından əhəmiyyətlidir. Ölkələrimiz arasında infrastruktur, ticarət, kənd təsərrüfatı, investisiya qoyuluşu üçün geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdıran Şahin Mustafayev Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində biznes forumun keçirilməsini təklif etmişdir. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada nüfuzunun artdığını, etibarlı tərəfdaş kimi tanındığını, respublikamızda möhkəm siyasimakroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznesinvestisiya mühitinin yaradıldığını diqqətə çatdırmışdır.

Ölkəsində Azərbaycan ilə əməkdaşlığa önəm verildiyini vurğulayan Dubay Ticarət və Sənaye Palatasının sədr müavini Hişam Al Şiravi Palatanın nümayəndəliyinin Azərbaycanda yaradılmasına əsas səbəb kimi ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin formalaşmasını, eləcə də Azərbaycandakı siyasimakroiqtisadi sabitlik, davamlı iqtisadi inkişaf, əlverişli biznesinvestisiya mühiti olduğunu diqqətə çatdırmışdır. BƏƏ nümayəndə heyətinin ölkəmizə səfəri barədə məlumat verən Hişam Al Şiravi budəfəki səfərin məqsədinin sürətlə inkişaf edən Azərbaycanın investisiya imkanlarının öyrənilməsi olduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, hər il Dubayda çoxlu sayda sərgilər və müxtəlif tədbirlər keçirilir və Azərbaycan adamları belə tədbirlərdə iştirak etməklə yeni biznes əlaqələri qura, eləcə də Yaxın Şərq bazarına çıxa bilərlər. Hişam Al Şiravi Dubay Ticarət və Sənaye Palatasının belə tədbirlərdə iştirakda Azərbaycan adamlarına hər cür dəstək göstərməyə hazır olduğunu bildirmişdir.

 

 

Azərbaycan.-2014.- 23 aprel.- S.5.