Azərbaycan Prezidenti İlham Əliyev Praqada Moldova

 Prezidenti Nikolae Timofti ilə görüşmüşdür

 

Azərbaycan Prezidenti İlham Əliyev Çexiyaya işgüzar səfəri

 

 

Xüsusi müxbirimiz xəbər verir ki, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Praqada Moldova Respublikasının Prezidenti Nikolae Timofti ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulandı, iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd edildi.

Söhbət zamanı Avropa İttifaqı ilə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2014.- 25 aprel.- S.2.