Bakıda «Azərbaycan 2020: gələcəyə baxış. Əqli mülkiyyətin

 sənayenin inkişafındakı rolu» mövzusunda konfrans keçirilmişdir

 

Aprelin 26-da Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin və Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə "Azərbaycan 2020: gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfrans Azərbaycanda 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil edilmişdir.

Konfransın açılışında çıxış edən Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirmişdir ki, hər il aprelin 26-sı Dünya Əqli Mülkiyyət Təşkilatına üzv ölkələrin birgə qərarı ilə dünyada əqli mülkiyyət günü kimi qeyd edilir. Azərbaycanda son illərdə xüsusilə fərqlənən iqtisadi inkişaf templəri yerli sənayenin və ticarətin dinamik inkişafı nəticəsində əqli mülkiyyətin iqtisadiyyatdakı rolu günbəgün artmaqdadır. Prezident İlham Əliyevin 2014-cü ili "Sənaye ili" elan etməsi iqtisadi səmərəliliyə malik müasir texnologiyalarainsan kapitalına əsaslanan iqtisadiyyatın daha da sürətlə bərqərar olmasına xidmət edir. İqtisadi tərəqqi naminə sənayenin səmərəliliyinin artması üçün yeni texnologiyalar, yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir. Yeni texnologiyalarixtiralar öz növbəsində elmi-texniki araşdırmalara, yaradıcı fəaliyyətə, bir sözlə, insan kapitalına aid dəyərlərdir. Rəqabət qabiliyyətli və innovativ sənaye müasir dünya bazarına çıxış üçün həlledici faktor kimi Azərbaycan Respublikasında yeni texnologiyaların gətirilməsi ilə bərabər, yerli elmi-texniki araşdırma mərkəzlərinin də inkişaf etdirilməsinə təkanverici amilə çevrilməlidir.

Ramiz Həsənov vurğulamışdır ki, müasir sənayenin rəqabətliliyini artırmaq investisiyaların həcmi ilə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməlidir. Sənayenin səmərəliliyinə təsir edən bir çox iqtisadi-sosial faktorlar sırasında texniki ixtiralar, faydalı modellər, sənaye nömrələri əsas amillər kimi qiymətləndirilməlidir. Qeyd olunan intellektual komponentlər qeyri-maddi aktivlər kimi çıxış edərək istehsal proseslərinin səmərəliliyini artırmaqla bərabər, sənaye məhsullarına əlavə istehlak xüsusiyyətləri verir. Dünya bazarlarına daha da uğurlu nəticələr yol açır. Bu isə öz növbəsində əqli mülkiyyət obyektləri üzərində müstəsna halların qorunması mexanizminin, patent sisteminin rolunu günbəgün artırır.

Diqqətə çatdırılmışdır ki, patent sisteminin dünyada elmin, sənayenin, ümumiyyətlə, iqtisadiyyatın inkişafına stimullaşdırıcı təsirinin artırılması artıq sübut etdirilmişdir. Patent sistemi əqli fəaliyyət nəticəsi üzərində hüquqları müəyyən etməklə texniki səviyyənin rəqabət qabiliyyətini təmin edir. Uzunmüddətli elmi-texniki araşdırmalara yönələn investisiyalara zəmanətli şərait yaradır. Eyni zamanda, lisenziyalaşdırma mexanizmləri ilə patent sistemi texnologiyalarının ötürülməsi və bununla da digər tərəfdən yeni həllərin və innovasiyaların məlumat bazası kimi normativ rolunu oynayır.

Komitənin sədri diqqətə çatdırmışdır ki, əqli mülkiyyət hüquqları ixtiraçıya və ya elmi araşdırma mərkəzinə yaradıcı intellektual fəaliyyətindən mənfəət əldə etməyə zəmanət mexanizmidir. İxtiraçıların, patent sahiblərinin müvəffəqiyyətləri onların əqli mülkiyyət obyektlərinin təsərrüfatda, sənayedə tətbiq olunmasından asılıdır.

Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş hüquqi dövlət quruculuğu nəticəsində əqli mülkiyyət hüquqlarının qorunması və səmərəli idarə olunması üçün müasir hüquqi-normativ baza yaradılmışdır. Nəticədə ölkə sənayesi ilə ixtiraçılar yeni texnologiyalar üzərində müstəsna hüquq obyektləri arasında münasibətlərin tənzimlənməsi, bununla da innovasiyaların sənayedə daha da geniş tətbiq edilməsi üçün bütün lazımi hüquqi şərait yaradılmışdır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və qeyri-neft sektorunun inkişafına yönəldilən məqsədyönlü iqtisadi, siyasi kurs təcrübələrə və insan kapitalına hesablanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. Cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bütün bunların əyani sübutudur.

Konfransda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov çıxış edərək bildirmişdir ki, bu tədbir Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) baş direktoru F.Qarrinin Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə ilə builki müraciətinin dili ilə desək, "aprelin 26-sı innovasiya və yaradıcılıqda əqli mülkiyyətin rolunu müzakirə etmək imkanıdır". DƏMT-nin bugünkü Beynəlxalq Əqli Mülkiyyət Gününün devizi kino sənayesinin inkişafına yönəldilir. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2014-cü il "Sənaye ili" elan edilmişdir. Bu gün keçirilən konfrans da "Sənaye ili"nə həsr olunmuşdur.

Kamran İmanov vurğulamışdır ki, sürətlə dəyişən dünyada Azərbaycan getdikcə öz mövqelərini möhkəmləndirir və layiqli yerini tutur. Azərbaycan dövlətinin son illər əldə etdiyi uğurların ən mühüm zəmini Prezident İlham Əliyevin təfəkkürünün və düşüncə tərzinin kreativliyi və müstəqilliyidir, gələcəyi görmək zənginliyidir. Prezident İlham Əliyevin yürütdüyü davamlı inkişafın "Azərbaycan modeli" bir sıra vacib amilləri, o cümlədən stabilliyiiqtisadi inkişafı, sosialyönümlüyü və ədaləti, mədəni müxtəlifliyi və adət-ənənəyə sadiqliyi, demokratikləşmə və insan amilini, innovativlik və modernləşməni, biliklərə əsaslanan tərəqqini, informasiya-kommunikasiya texnologiyaları (İKT) və əqli mülkiyyətin prioritetliyini özündə cəmləşdirən modeldir.

Müəllif Hüquqları Agentliyinin sədri diqqətə çatdırmışdır ki, ölkəmiz Dünya İqtisadi Forumunun (DİF) Rəqabətlilik Hesabatında rəqabətlilik indeksinə görə 39-cu, Beynəlxalq Əmək Təşkilatının məlumatına əsasən, "yüksək" insan potensialını təmin edən, yoxsulluq səviyyəsini 8 dəfə azaldanonu 5,3 faizə endirən, DİF-nin "insan kapitalı" indeksinə görə 64-cü, innovasiya göstəricisinə əsasən 51-ci, "texnoloji səviyyəsinə" əsasən 50-ci, "innovasiya potensialı" komponentinə görə 35-ci, "qabaqcıl texnologiyaların dövlət satın almasına" görə isə 14-cü yerləri tutan müasir Azərbaycandır. Bu göstəricilər ölkəmizin MDB məkanında lider mövqeləridir. DİF-nin İKT üzrə son hesabatında (2014-cü il) Azərbaycan artıq 49-cu yerə çıxmışdır və liderlər sırasındadır.

K.İmanov diqqətə çatdırmışdır ki, Azərbaycanın yeniləşməsi və müasirləşməsində ən vacib amillərdən biriinsan faktorudur. Dövlət  başçısının məşhur "Qara qızılı insan kapitalına çevirək" şüarı kreativliyə, yaradıcılığa, yenilikçiliyə və onları qoruyub stimullaşdıran, həvəsləndirən əqli mülkiyyətə verilən ən böyük dəstəkdir. Avropa Komissiyasının 2012-ci ilin sonunda dərc edilən "Müəlliflik hüququnun modernləşdirilməsi istiqamətlərinə aid Memorandum"unda və 2011-ci ildə təsdiq olunan əqli mülkiyyət üzrə strategiyasında qeyd olunur ki, yaxın gələcəkdə "rəqəmli" (kreativ) iqtisadiyyatın inkişafının dinamikası iqtisadiyyatın digər sahələrini 7 dəfə üstələyəcəkdir. Həmin meyillərin dəstəklənməsində vacib rol müəlliflik hüququna məxsusdur. O da qeyd edilməlidir ki, hazırda dünya iqtisadiyyatında əqli mülkiyyətə əsaslanan sahələr 4 trilyon dolları aşaraq 14,4 faiz təşkil edir.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri demişdir: "Əqli mülkiyyət heç vaxt  özü-özünü təmin edən hədəf, özü-özlüyündə abstrakt vasitə olmamışdır. Əqli mülkiyyət xidmətçi sahə kimi "mövcud biliklərdən yarananyeni biliklərlə nəticələnən" fenomendir. Bunun üçün biliklərin müəyyən səviyyəsi, infrastrukturu və daşıyıcılarının imkan və əzmi olmalıdır. Bu şəraitdə "biliklər cəmiyyəti"ndə, "biliklərə əsaslanan iqtisadiyyat"da əqli mülkiyyətin qorunması öz növbəsində kreativlik və innovasiyaçılığın stimullaşdırılmasında, investisiyaların yaradıcılığa və yenilikçiliyə cəlb edilməsində, innovasiyalı mühitin formalaşmasında əsas vasitədir. Odur ki, "bilik" cəmiyyətin səviyyəsini və əqli mülkiyyətin təsirini ölçərək, ilk növbədə, biliklərin və informasiyanın kommunikasiyasını, yayılması və emalını təmin edən dinamik infrastrukturun mövcudluğu, yəni əqli mülkiyyətin yayılması üçün yaradılan şərait nəzərə alınır. Bununla yanaşı, innovasiya sistemlərinin keyfiyyətli fəaliyyətdə olması, biliklərin yaranması, əldə edilməsi və tələbata uyğunlaşdırılmasını təmin edən elmi və yaradıcılıq strukturlarının fəaliyyət nəticələri nəzərdən keçirilirbununla əqli mülkiyyətin yaradılması şəraiti ön plana çıxır. Bundan əlavə, təhsil və təlim şəraiti və səviyyəsi, peşəkar hazırlığı və təhsilli olan əhalinin mövcudluğu nəzərə alınmalı, bir sözlə, əqli mülkiyyətin keyfiyyətli istifadəsi imkanlarından söhbət getməlidir. Bu şərait olduğu halda əqli mülkiyyət şaxələnir və institusional rejim, əqli mülkiyyətin qorunması və təminatı, hüquqi-normativ bazanın olması və əqli mülkiyyətlə idarəedici strukturlar ön plana çəkilir".

Kamran İmanov bildirmişdir ki, Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətliliyi ilə bağlı müvafiq hesabatlarında əqli mülkiyyətlə bağlı Azərbaycan institutları MDB məkanında 2013-2014-cü illərdə lider mövqeyindədir. Ümumiyyətlə, son illərin hesabatlarına (2010-2011, 2011-2012, 2012-2013, 2013-2014) əsasən, Azərbaycan əqli mülkiyyət sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi təqdim olunur. Prezident İlham Əliyevin qayğısı və dəstəyi nəticəsində dünya əqli mülkiyyət ictimaiyyəti Azərbaycanın bu sahədəki uğurlarını tanıyır və təqdir edir. Dünya Əqli Mülkiyyət Təşkilatının ötən ilin sentyabr ayında keçirilmiş  son Baş Assambleyasında rəhbər orqanlara seçkilər zamanı Azərbaycan Respublikası DƏMT-nin "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyasına qoşulmuş ölkələrin Bern İttifaqının İcraçı Komitəsinə üzv seçilmişdir. Bununla da ölkəmiz DƏMT-nin fəaliyyətinin həyata keçirilməsində xüsusi rola malik olan əlaqələndirmə komitəsinin üzvü olmuşdur. Baş Assambleyada Azərbaycan daha bir komitənin - DƏMT-nin Proqram və Büdcə Komitəsinin üzvü seçilmişdir. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin nümayəndəsi iki il müddətinə rəqəmli hüquqlar ilə bağlı olan DƏMT-nin 100-ə yaxın dövlətin təmsil olunduğu Müəllif Hüququna dair Müqavilənin Assambleyasının sədri seçilmişdir.

Müəllif Hüquqları Agentliyinin fəaliyyətindən danışan K.İmanov vurğulamışdır ki, Azərbaycan dövlətinin başçısının qayğısı və dəstəyi sayəsində son illər ölkəmizdə dünyada  analoqu olmayan "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun qəbul edilmişdir. Azərbaycan 2006-cı ildə ABŞ hökumətinin müəllif hüquqlarını pozan ölkələr siyahısından çıxarılmış, DƏMT-nin akademiyası tərkibində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi fəaliyyətə başlamış, rəqəmli hüquqların idarə edilməsi sistemielektron xidmətlər yaradılmış, əqli mülkiyyət sahəsinin müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsinin inkişafına dair Uzunmüddətli Milli Strategiya hazırlanmışdır. Bundan əlavə, Avropa İttifaqı ilə Tvinninq layihəsi həyata keçirilmiş, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəlliflik hüququ və əqli mülkiyyət hüquqları bütövlükdə prioritet istiqamət kimi qəbul edilmişdir.

Sədr xüsusi vurğulamışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində son 10 ildə ölkəmizin ümumi daxili məhsulunda (ÜDM) kreativ sənayenin payı 2 dəfədən çox artaraq 4,5 faizə yüksəlmiş, piratçılığın səviyyəsi müxtəlif seqmentlər üzrə 9-28 faiz aşağı düşmüş, kadrların peşəkarlıq səviyyəsi yüksəldilərək  40-dək mütəxəssis buya digər formada ixtisasını artırmışdır.

K.İmanov bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən agentliyin 20 illiyi münasibətilə səmərəli fəaliyyətinə görə 4 əməkdaşın ordenmedallarla təltif edilməsi kollektivdə böyük qürur hissi doğurmuş və minnətdarlıqla qarşılanmışdır. Hazırda Müəllif Hüquqları Agentliyi tam kompyuterləşmiş, müasir texnologiyalara əsaslanan avadanlıqla və mətbəə ilə təchiz edilmiş "960" qaynar xəttinə, ictimai hüquqi məsləhətxanaya, smart-tipli treninq xidmətinə, Hüquqların Təminatı Mərkəzinə, Rəqəmli Hüquqların İdarəçilik Sisteminə malik olan, "E-hökumət" portalına qoşulan, müəllif hüququ, digər oxşar hüquqlarqeyri-maddi mədəni irsin qorunması sahəsində dövlət siyasətini həyata keçirən orqandır.

Müəllif Hüquqları Agentliyinin sədri diqqətə çatdırmışdır ki,  müasir dünyada iqtisadiyyatın inkişafının vacib amillərindən biri kimi əqli mülkiyyətin fəaliyyət konteksti əqli mülkiyyətin yaranma dövründəki kontekstdən tamamilə fərqlidir. Əqli mülkiyyətin müasir fəaliyyət konteksti, onun vəziyyətinin iqtisadiyyatda və cəmiyyətdə dəyişməsi öz növbəsində bizim əqli mülkiyyətin rolu və siması haqqında düşüncə tərzimizin, təfəkkürümüzün dəyişdirilməsi zəruriyyətini yaradır. Əqli mülkiyyət inkişafa xidmət etməlidir və bu səbəbdən Prezident İlham Əliyev tərəfindən qoyulan qarşıdakı hədəfləri nəzərdən keçirməliyik. Bəllidir ki, 2013-cü ildə Azərbaycanda  qeyri-neft sektoru 10 faiz artmışdır. Bu il də həmin inkişaf meyli davam edir.

K.İmanov demişdir ki, 2014-2020-ci illərdə qeyri-neft sektorunun inkişafına dair bir sıra hədəflər çərçivəsində qarşıda duran əsas vəzifələr qeyri-neft ÜDM-in həcminin iki dəfədən çox artırılması və adambaşına düşən ixrac həcminin 1000 dollara çatdırılması və bunları təmin etmək məqsədilə qeyri-neft sənayesi üzrə ÜDM-in orta illik real artımının 7 faizdən çox yüksəldilməsidir. Bu hədəflərə nail olmaq üçün investisiyainnovasiya ssenarisi istifadə olunacaqdır. İnvestisiya ssenarisinin seçimi və həyata keçirilməsi ilə bağlı əqli mülkiyyətin və onun nəticələri olan intellektual dəyərlərin inkişafında kəşflərə, nou-xau, elmi tədqiqatlara, patentlərə qoyulan investisiyalar mühüm rol oynayacaqdır. İnnovasiya ssenarisinin seçimi və həyata keçirilməsi elmi tutumlu, rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı, yeni texnologiyalardan istifadəni və yeni növ texnologiya və avadanlığının mənimsənilməsini, innovasiya infrastruktur şəbəkəsinin qurulması, o cümlədən elm, təhsil və istehsal müəssisələrinin innovasiya sahəsində birgə əlaqələrinin yaradılmasını, hər bir müəssisədə elminnovasiya fəaliyyətinin genişlənməsi və bununla da onların özlərinin əqli mülkiyyət strategiyalarının formalaşdırılmasını tələb edəcəkdir.

Bu sahədə dünyada gedən meyillərin nəzərə alınmasından və beynəlxalq müsbət təcrübədən danışan Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri demişdir ki, gələcək 10-15 ildə internetin əhatə dairəsi genişlənəcək və onlayn xidmətlərin sayı artacaqdır. Bununla, internetin növbəti fazasına "İnternet for Things" ("Əşyalar İnterneti") keçid təmin olunacaqdır. "Ağıllı" şəbəkə qurğularından ibarət olaraq, insan müdaxiləsini nəzərə almadan real əşya dünyası obyektlərlə virtual interneti birləşdirəcəkdir. Proqnozlara əsasən, 2020-ci il üçün belə şəbəkədə 50 milyard maşın qurğu cəmləşəcəkdir. İkincisi, əqli mülkiyyəti xüsusən müəlliflik hüququ ilə qorunan obyektlərin internetə miqrasiyasıdır, virtual şəbəkədə istifadəsinin artmasıdır. Üçüncü isə əqli mülkiyyət hüquqlarının pozulması miqyasının ürəkaçmayan mənzərəsidir. "P2P" torrent sistemlərin artması yeni addımların çox güman ki, müəllif-hüquq sahəsində yeni paradiqmanın yaranmasını tələb edəcəkdir. Bununla yanaşı, bilik texnologiyaların Qərbdən Şərqə geosiyasi keçidi, iqtisadi texnoloji ağırlıq mərkəzlərinin dəyişməsi qeyri-dövlət subyektlərinin səlahiyyət imkanlarının artması gündəmə gələcəkdir.

K.İmanov bildirmişdir ki, əqli mülkiyyət sahəsinin inkişafına aid bir sıra hədəflərə nail olmaq üçün əsas qüvvələri Azərbaycan dövlətinin başçısının təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının icrasını təmin etməyə yönəltmişik. Bunlar çərçivəsində dövlətimizin gələcək planları ilə bağlı beynəlxalq proqnozlardan irəli gələn əqli mülkiyyətlə əlaqəli hüquqi mühitin təmin edilməsi, müvafiq normativ-hüquqi bazanın yaradılmasıdır. Bu konsepsiyasının "Yüksək rəqabətli iqtisadiyyat" bölməsi sərmayə qoyuluşlarının artımı yayılması üçün şəraitin yaradılmasını intellektual fəaliyyət nəticələrinin innovativliyinin artırılmasını nəzərdə tutur. Burada "kreativ sənaye"nin inkişafı əqli mülkiyyətə dair Uzunmüddətli Milli Strategiyanın təsdiqi nəzərdə tutulur. Konsepsiya informasiya cəmiyyətinə keçilməsinin sürətləndirilməsi üçün İKT əqli mülkiyyət əlaqələrinin daha da fəallaşdırılmasını, əqli mülkiyyət obyektlərinin əksəriyyətinin qlobal rəqəmli şəbəkəyə keçməsi ilə əlaqədar isə onlayn lisenziyalaşma rejimində rəqəmli hüquqların idarə edilməsi "one-stop-shop" formatında elektron xidmətlərin göstərilməsi sisteminin yaradılmasını nəzərdə tutur.

K.İmanov vurğulamışdır ki, Konsepsiyada təhsilin, İKT-nin əqli mülkiyyətin qarşılıqlı əlaqəsinə mühüm diqqət yetirilir, o cümlədən  bu sənəd şəbəkədə hüquq sahiblərinin əmlak hüquqlarının ödənişini aparmadan təhsil resurslarının yaradılmasını nəzərdə tutur. Başqa sözlə, bu cür təhsil resursları tələbələr üçün əvvəlcədən müəlliflik hüququ lisenziyaları ilə təchiz olunmaqla, onların tədris prosesinə inteqrasiyasının təmin olunmasına imkan verir. Konsepsiyada əqli mülkiyyət hüquqlarının təminatı, piratçılığa əqli mülkiyyət hüquqlarının digər pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə xüsusi yer ayrılmışdır.

Diqqətə çatdırılmışdır ki, bu mühüm dövlət sənədində əksini tapmış ən vacib vəzifələrdən biri də mədəni irsin qorunub saxlanılması, hüquqi qorunması və səmərəli idarə edilməsidir. Bununla əlaqədar qeyri-maddi mədəni irsin ayrı-ayrı komponentlərinin qorunub saxlanması və hüquqi qorunması, onların itirilməsi və qeyri-qanuni mənimsənilməsinə qarşı əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. Muzeylərdə, kitabxanalarda və arxivlərdə saxlanılan ictimai varidata aid edilmiş bütün mədəni sərvətlərin elementlərinin əksəriyyətinin rəqəmli kontentə keçirilməsi planlaşdırılır. Buna görə də ənənəvi mədəni nümunələrin və ənənəvi biliklərin qorunması, rəqəmləşdirilmiş mədəni irsin multimedia məlumat bazalarının yaradılması və bu sahədə beynəlxalq mübadilə aparılması mühüm işə çevrilir. Bununla Müəllif Hüquqları Agentliyinin qeyri-maddi mədəni irsin rəqəmli şəkildə qoruyan milli aqreqatora çevrilməsi nəzərdə tutulur.

Sədr "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıya qoyulan vəzifələr barədə ətraflı məlumat verərək bildirmişdir ki, gördüyümüz işlər 3 prioriteti - yəni, rəqəmli mühitdə hüquqların idarə edilməsini, bu hüquqların təminatını və qeyri-maddi mədəni irsimizə daxil olan incilərimizin hüquqi qorunmasını əhatə edir. UNESCO-nunBMT-nin İnkişaf Proqramının bu ilki birgə məruzəsində xüsusi olaraq qeyd olunur ki, "yaradıcılıq industriyalarının həvəsləndirilməsi, stimullaşdırılması və müəllif və əlaqəli hüquqların etibarlı qorunması yerli iqtisadi inkişaf proqramlarının ayrılmaz hissəsinə çevrilməlidir". Azərbaycan dövləti bütün bunları nəzərə alır və bu istiqamətdə uğurlu siyasət aparır.

Konfransda "Kreativ industriyanın inkişafı", "Keçid iqtisadiyyatlı ölkələrdə yeni texnologiyaların ötürülməsi", "Azərbaycan kinosu sənət və sənaye kimi", "Sənaye ili: yüksək texnologiyaların inkişafı" və "Azərbaycanda müəllif hüquqlarının qorunması və informasiya texnologiyalarının sənayesi" mövzularında məruzələr dinlənilmiş, ətraflı müzakirələr aparılmışdır.

 

AzərTAc

Azərbaycan.-2014.-27 aprel.-S.7.