Mir Cəlal Paşayevin Gəncədəki ev-muzeyində görkəmli ədibin anadan olmasının 106-cı ildönümü qeyd edilmişdir

 

Görkəmli alim, pedaqoq və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 106-cı ildönümü ədibin Gəncədəki ev muzeyində qeyd edilmişdir. AzərTAc xəbər verir ki, tədbiri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq Azərbaycan elmində və ədəbiyyatında böyük xidmətləri olmuş Mir Cəlal Paşayevin həyat və yaradıcılığından danışmış, onun Gəncə ilə bağlı fəaliyyətinin mühüm məqamlarına toxunmuşdur. Sonra xalq şairi Nəriman Həsənzadə, Milli Aviasiya Akademiyasının müəllimi İbrahim Quliyev çıxış edərək XX əsr Azərbaycan tarixində müəllim, yazıçı, eləcə də görkəmli alim kimi əbədiləşmiş Mir Cəlal Paşayevin insani keyfiyyətlərini xarakterizə etmişlər.

Sonda Gəncə Dövlət kamera orkestri maraqlı konsert proqramı ilə  çıxış etmişdir.

 

Azərbaycan.-2014.-27 aprel.-S.8.