Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın

 keçmiş Prezidenti Stepan Mesiçi qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçi qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin müxtəlif sahələrdə dinamik inkişafından məmnunluq ifadə edildi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə ediləcək məsələlərin ölkələrarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti qeyd olundu.

 

Azərbaycan.-2014.- 29 aprel.- S.4.