Misirdə çıxan “Al-Balad” qəzetində Prezident İlham Əliyevin Praqa

 zirvə görüşündə çıxışı haqqında məqalə dərc olunmuşdur

 

 

Misirin “Al-Balad” nəşrinin internet resursunda Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramının beş illiyinə hərs olunmuş Praqa zirvə görüşündəki çıxışı haqqında məqalə dərc olunmuşdur.

Məqalədə bildirilmişdir ki, Azərbaycanın dövlət başçısı öz çıxışında Azərbaycan ilə Aİ ölkələri arasındakı əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirmiş və son beş ili Avropa təsisatları ilə daha yaxın əlaqələrin qurulmasını çox əhəmiyyətli hesab etmişdir. Prezidentin sözlərinə görə, Azərbaycan ötən beş il ərzində siyasiiqtisadi islahatlar həyata keçirmiş, bu beynəlxalq təşkilata üzv olan dövlətlərlə çox konstruktivgeniş əlaqələr qurmuşdur.

Materialda Prezident İlham Əliyevin “Biz siyasi islahatlara böyük əhəmiyyət veririkbu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığımızı önəmli hesab edirik. Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyininfundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir. Biz ölkəmizi müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır. Bu baxımdan Avropa İttifaqının nümunəsi yaxşı nümunədir” fikirləri yer almışdır.

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı son on ildə islahatlar nəticəsində dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına çevrilmişdir. Azərbaycan dövləti ölkədə işsizliyiyoxsulluğu aradan qaldıra bilmişdir. Materialda dövlətimizin başçısının bu sözləri sitat gətirilmişdir: “Yoxsulluq Azərbaycanda 5 faiz təşkil edir. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir.”

Məqalədə İlham Əliyevin Avropa ilə Azərbaycan arasında sıx əməkdaşlığın davam etdirilməsi zərurəti barədə dediyi sözlər də diqqətə çatdırılmışdır. Azərbaycan Prezidentinin fikrincə, bu tərəfdaşlıq elə davam etdirilməlidir ki, qarşılıqlı faydalı və mühüm layihələri uğurla həyata keçirmək mümkün olsun.

Nəşrin elektron variantında Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli barədə sözləri sitat gətirmişdir: “Türkiyə ilə Ermənistanın sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan, ümumilikdə, 7 Azərbaycan rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir”.

 

Asya Hacızadə

AzərTAc-ın xüsusi müxbiri

Qahirə

Azərbaycan.-2014.- 29 aprel.- S.5.