AMEA-da “Azərbaycan arxeologiyaetnoqrafiya elmlərinin inkişafında Naxçıvan məktəbi” mövzusunda elmi konfrans keçirilmişdir

 

Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iclas salonunda “Azərbaycan arxeologiya və etnoqrafiya elmlərinin inkişafında Naxçıvan məktəbi” mövzusunda elmi konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə əlaqədar həyata keçirilən tədbirlər planı çərçivəsində baş tutan elmi konfransı giriş sözü ilə açan AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova Azərbaycanın tərkib hissəsi olan Naxçıvan diyarının tarixiarxeoloji abidələrlə zəngin olduğunu diqqətə çatdırmışdır. Vurğulamışdır ki, daş dövrünə aid qədim insan düşərgələri, neolitdən son tunc dövrünə qədər tarixi-mədəni inkişafın öyrənilməsində etalon abidələr sayılan qədim yaşayış yerləri, şəhər yerlərinin  müdafiə tikililəri və memorial abidələr tariximizin bütün dövrlərinin öyrənilməsi üçün əvəzolunmaz informasiya mənbəyidir.

Naxçıvanın təbii-coğrafi mövqeyinə görə tarixin bütün dövrlərində Yaxın Şərqdə və Ön Asiyada gedən siyasi-mədəni proseslərdə yaxından iştirak etdiyinişimal regionları ilə əlaqələrdə bilavasitə körpü rolunu oynadığını bildirən Maisə Rəhimova qeyd etmişdir ki, birinci Kültəpədən tapılmış Xalaf tipli saxsı məmulatı hələ bizim eradan əvvəl V minillikdən Naxçıvan ərazisində məskunlaşmış tayfaların Ön Asiyanın istehsal mərkəzləri ilə sıx əlaqəsi olduğunu təsdiqləmişdir.

Sovet dövründə bu diyarda genişmiqyaslı arxeoloji tədqiqatların aparılmadığını, yalnız ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra bu məsələlərə diqqətin artdığını deyən alim bildirmişdir ki, Ulu Öndər respublikamızda rəhbərliyə başlaması ilə arxeoloji tədqiqatların təkcə miqyası deyil, eyni zamanda, istiqaməti də milli mənafelərə uyğun olaraq dəyişmişdir. Ümummilli lider Heydər Əliyev Naxçıvanın tarixinin, onun abidələrinin öyrənilməsinə xüsusi əhəmiyyət vermişdir. Məhz buna görə də XX əsrin 60-cı illərinin sonlarında ikinci Kültəpədə tədqiqatların başlanılması barədə göstəriş verilmişbu tədqiqatlar 1987-ci ilədək davam etdirilmişdir. Məhz bundan sonra arxeoloq-tarixçi Vəli Əliyev sübuta yetirmişdir ki, Naxçıvan şəhəri 3500 illik tarixə malikdir.

AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun direktoru nəzərə çatdırmışdır ki, müstəqillik dövründə Naxçıvanın dünyaya səs salan qədim tarixinin öyrənilməsi üçün daha genişmiqyaslı tədqiqatlar aparılmışdır. O demişdir ki, 2001-2002-ci illərdə ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və yardımı ilə geniş tərkibli Naxçıvan-Gəmiqaya ekspedisiyası təşkil olunmuşdur. Abidəyə təşkil edilən arxeoloji ekspedisiyanın nəticəsində bir çox yeni qayaüstü təsvirlər və arxeoloji abidələr aşkar edilmişdir. Naxçıvanın dağətəyi və düzən ərazilərinin arxeoloji abidələrində aparılan tədqiqatlar nəticəsində bütövlükdə Cənubi Qafqazın qədim dövr tarixinə dair maraqlı faktlar aşkar edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əməkdar Elm Xadimi, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında 2014-cü il 14 yanvar tarixli Sərəncamını xatırladaraq bildirmişdir ki, həmin sənəd dövlət əhəmiyyətli siyasi-ideoloji mahiyyət daşımaqla bərabər, həm də tarixçilərin, arxeoloqların qarşısında ciddi vəzifələr qoymuşdur. Bu vəzifə Naxçıvanın qədim tarixini daha dərindən öyrənmək, onun xalqımızın zəngin mədəni irsinə, o cümlədən dünya sivilizasiyasına verdiyi töhfələri beynəlxalq elmi ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Akademik demişdir ki, 2002-ci ilin avqustunda AMEA-nın Naxçıvan Bölməsinin və onun nəzdində Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun yaradılması mədəniyyət və memarlıq abidələri ilə zəngin qədim Naxçıvanın tarixinin öyrənilməsi istiqamətində əsaslı addımların atılmasına rəvac vermişdir. Aparılan tədqiqatlar nəticəsində bir daha aydın olmuşdur ki, qədim diyarın yerləşdiyi ərazi bəşər sivilizasiyasının mühüm ocaqlarından biridir. Burada qədim, orta əsrlər və müasir dövr mədəniyyət nümunələri və tarixi abidələr, ilk insanın yaşadığı mağaralar, qədim yaşayış yerləri, qədim şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr tədqiq edilmiş, bu barədə sanballı elmi araşdırmalar aparılmışdır.

Konfrans iştirakçılarının diqqətini dövlətimizin başçısının 2008-ci il 5 fevral və 2012-ci il 26 aprel tarixli sərəncamlarına cəlb edən akademik qeyd etmişdir ki, həmin sənədlərlə arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi üçün əlavə vəsaitin ayrılması Naxçıvan ərazisində tədqiqatların genişləndirməyə, arxeoloji ekspedisiyaların müasir texniki avadanlıqla təchiz olunmasına imkan vermişdir. Hazırda ArxeologiyaEtnoqrafiya İnstitutunun muxtar respublikanın ərazisində 7 arxeoloji ekspedisiyası fəaliyyət göstərir. Son tədqiqatlar nəticəsində Naxçıvan abidələrindən əldə olunmuş maddi dəlillər Azərbaycan arxeologiyasının bir sıra mühüm problemlərinin araşdırılmasında həlledici rol oynayır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Naxçıvan tarixi çoxcildliyinin hazırlanması və nəşr olunması barədə 2012-ci il avqustun 6-da imzaladığı sərəncamı da xatırladan İsa Həbibbəyli demişdir ki, artıq çoxcildliyin birinci cildi oxuculara təqdim olunmuşdur. Kitabda 20-yə yaxın xəritə, arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş 100-ə yaxın maddi-mədəniyyət nümunələrinin, 60-dan çox kitabə və tarixi abidənin fotoşəkli yerləşdirilmişdir.  Akademik onu da əlavə etmişdir ki, Naxçıvanın tarixi ilə bağlı qədim diyarda beynəlxalq səviyyəli nüfuzlu tədbirlərin keçirilməsi, Azərbaycan dövlətinin tarixi keçmişimizin öyrənilməsinə verdiyi diqqətin nəticəsidir. Bununla həm arxeologiyaetnoqrafiya elmlərinin inkişafında Naxçıvan məktəbinin qazandığı təcrübə beynəlxalq ictimaiyyətə təqdim olunur, həm də tarixi düşmənlərimizin ortaya atdıqları iddiaların əsassızlığı elmi əsaslarla sübuta yetirilir.

AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bildirmişdir ki, bu gün Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin qeyd olunması mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, tarixi düşmənlərimiz daim Azərbaycana qarşı torpaq iddiası irəli sürür, qədim Naxçıvanın, guya, “Böyük Ermənistan”ın tərkib hissəsi olduğunu iddia edirlər. Bu mənada muxtar respublikanın qədim tarixinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu sahədə Naxçıvanda xeyli görülmüşdür. Aparılan arxeoloji tədqiqatların davam etdirilməsi isə göstərir ki, qarşıda bizi yeni-yeni uğurlar gözləyir.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov muxtar respublika rəhbərliyinin salamlarını konfrans iştirakçılarına çatdıraraq qeyd etmişdir ki, bu gün qədim diyarda aparılan arxeoloji qazıntılar, elmi araşdırmalar yüksək səviyyədə davam etdirilir. Ali Məclisin Sədrinin 2005-ci ildə imzaladığı Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında Sərəncamdan sonra bölgədə 1200-dən artıq tarix və mədəniyyət abidəsi qeydə alınmış, həm Azərbaycan, həm də ingilis dilində müxtəlif elmi nəşrlər işıq üzü görmüşdür.

Daha sonra çıxış edən AMEA-nın müxbir üzvləri Vəli Əliyev, Yaqub Mahmudov, tarix elmləri doktoru, professor Oqtay Sultanov Naxçıvanın qədim tarixindən geniş söhbət açmışlar. Bildirilmişdir ki, muxtar respublikada formalaşmış Naxçıvan məktəbi, həm də arxeologiyaetnoqrafiya elmlərinin inkişafı üçün nümunə təşkil edir.

Aprelin 29-da yekunlaşacaq elmi konfrans bölmə iclasları ilə davam etdirilmişdir.

 

Azərbaycan.-2014.- 29 aprel.- S.9.