Görkəmli oftalmoloq alim Zərifə xanım Әliyevanın Anadan olmasının 91-ci ildönümü ilə bağlı "Qələbəyə doğru" intellektual bilik oyunu keçirilmişdir

 

Aprelin 28-i görkəmli oftalmoloq alim, Azərbaycanın Әməkdar Elm Xadimi, akademik, fədakar ana Zərifə xanım Әliyevanın doğum günüdür.

Bu münasibətlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan İntellektual Oyunlar Klubu ilə birgə aprelin 28-də Bakıda uşaqlar arasında "Qələbəyə doğru" intellektual bilik oyunu keçirmişdir.

Tədbirdə Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş "Nur dolu ömür" adlı film nümayiş etdirilmişdir.

Açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova görkəmli oftalmoloq Zərifə xanım Әliyevanın zəngin və mənalı ömür yolundan danışmışdır.

Yarış Bakının 12 rayonunu təmsil edən məktəblilər arasında təşkil olunmuşdur. Tədbirdə hər rayonun komandasından 6 nəfər iştirak etmişdir.

Sonda qaliblər mükafatlandırılmışlar.

 

Azərbaycan.-2014.- 29 aprel.- S.8.