“Bakı 2015” Avropa Oyunları beynəlxalq

miqyaslı media konfransına sponsorluq edir

 

“Bakı 2015” Avropa Oyunları Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) Bakıda keçirilən 77-ci İllik konqresinə sponsorluq etdiyini qürurla bildirir.

Synergy Partnershıp” MMC-dən AzərTAc-a bildirmişlər ki, 1924-cü ildə əsası qoyulmuş AİPS beynəlxalq media nümayəndələrinin dünya miqyaslı görüş yeridirbu qurumun 77-ci konqresi aprelin 27–dən mayın 1-dək ilk dəfə olaraq Bakı şəhərində keçirilir.

Ümumilikdə 260-dan çox peşəkar jurnalistmedia təmsilçisinin iştirakı ilə beş gün davam edəcək konqresdə qlobal idman hadisələrinin və dünya miqyaslı tədbirlərin işıqlandırılmasında medianın qarşısında duran vəzifələr müzakirə olunur.

Konqresdə “Bakı 2015” Avropa Oyunlarının təşkilatçıları, həmçinin nümayəndələri gələn yay Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqlar haqqında məlumatlandıracaqlar.

Nümayəndələri salamlayan Azərbaycan Respublikasının gənclər və idman naziri və “Bakı 2015” Avropa Oyunlarının baş icraçısı Azad Rəhimov bildirmişdir: “Bu cür nüfuzlu konfransa ev sahibliyi etmək Bakı üçün böyük fəxrdir və bu tədbirə sponsorluq etdiyimiz üçün son dərəcə qürurluyuq. “Bakı 2015” Avropa Oyunlarının keçirilməsinə bir ildən bir qədər çox bir müddət qaldığı üçün biz səbirsizliklə nümayəndələrə yarışların keçiriləcəyi yerləri və bu günədək gördüyümüz böyük işləri göstərmək istəyirik. Bu konqres, həmçinin qonaqlarımıza Bakımızın müasirdinamik Avropa şəhəri olduğunu nümayiş etdirmək üçün gözəl bir imkandır və mən həyəcanla qonaqların ölkəmizə gəlişini gözləyirəm”.

Bu ilki görüşdə həm də 1924-cü ildə keçirilmiş Paris Olimpiya Oyunlarında təsis edilmiş AİPS-nin 90-cı ildönümü qeyd ediləcəkdir.

AİPS-nin sədri Gianni Merlo bildirmişdir: “90-cı ildönümümüzü qeyd etdiyimiz üçün bu ilki konqres bütün əlaqədar şəxslər üçün xüsusilə yaddaqalan olacaqdır. Birlikdə Bakıya gəlişimiz bizə bu möhtəşəm hadisəni qeyd etmək, o cümlədən növbəti 12 ay ərzində dünyanın idman həyatının əsas diqqət mərkəzinə çevriləcək yeni bir məkanda gördüyümüz işlərin gələcəyini müzakirə etmək imkanı verəcəkdir. Fürsətdən istifadə edərək, tədbirimizə sponsorluq etdikləri və illik konqresimizin ölkələrində keçirilməsinə imkan yaratdıqları üçün Azərbaycan hökumətinə və “Bakı 2015 Avropa Oyunlarının təşkilatçılarına təşəkkürümü bildirmək istəyirəm”.

Oyunların keçirilməsinə nisbətən az müddətin qaldığı bir vaxtda nümayəndələrin, həmçinin inşa edilməkdə və yenilənməkdə olan obyektləri görmə fürsəti olacaqdır.

“Bakı 2015” Avropa Oyunlarının sözçüsü bildirmişdir: “İlk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycanın dünya idman hadisələri xəritəsinin mərkəzində yer alması üçün həyəcanverici bir imkandır. Oyunlar üçün hazırladığımız məkanlar dünya standartlarına cavab veririnnovativ bir idman mühitində Avropanın qabaqcıl atletlərini qəbul etmək üçün tam hazır olacaqdır. Biz bu fürsətdən istifadə edərək dünyanın idman mediasını şəhərimizlə və gələn il keçiriləcək Avropa Oyunlarına hazırlıq işləri ilə tanış etməkdən məmnunluq duyarıq”.

Qeyd edək ki, “Bakı 2015” Avropa Oyunları gələn il iyunun 12-dən 28-dək davam edəcək və qitənin ilk, həyəcanverici və multiidman hadisəsi olaraq tarixə yazılacaqdır.

“Bakı 2015” Avropa Oyunlarında 19 idman növü üzrə yarışlar keçiriləcəkdir. Bunlardan 6-sı Olimpiya, üçün isə qeyri-Olimpiya oyunlarıdır. Ümumilikdə 17 gün davam edəcək yarışlarda 6000-dən çox idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.

İdman növlərindən səkkizində 2016-cı ildə Rio de Jeneiro şəhərində keçiriləcək Olimpiya Oyunlarına təsnifat imkanları təqdim olunacaqdır. Bu idman növlərinə yüngül atletika, çimərlik voleybolu, velosiped yarışı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondotriatlon daxildir.

Oyunların Bakıda keçirilməsinə 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən qərar verilmişdir. Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə birgə şəkildə Oyunların təşkilatçılığı və həyata keçirilməsi ilə məşğul olur.

 

Azərbaycan.-2014.- 29 aprel.- S.12.