Görkəmli alim, pedaqoq və yazıçı Mir Cəlal Paşayevin

 yaradıcılığına həsr edilmiş “dəyirmi masa” keçirilmişdir

 

Aprelin 26-da Azərbaycanda Atatürk Mərkəzində görkəmli alim, pedaqoq və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 106-cı ildönümünə həsr edilmiş “dəyirmi masa” və “Mir Cəlalın aforizmləri” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbir Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsi və “Müəllim sözü” qəzetinin birgə təşkilatçılığı ilə reallaşdırılmışdır.

Tədbirdə Mir Cəlal Paşayevin müəllim, yazıçı, şəxsiyyət kimi keyfiyyətlərindən söhbət açılmışdır. Yazıçının həyat və yaradıcılığı haqqında məlumat verilərək bildirilmişdir ki, o, örnək olmağa layiq insandır. Həmçinin “Mir Cəlalın aforizmləri” kitabının hazırlanması yüksək qiymətləndirilərək qeyd edilmişdir ki, bu aforizmlər həyat məktəbinin məhsuludur.

 

Azərbaycan.-2014.-27 aprel.-S.8.