«Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 31; 2001, ¹ 6, maddə 415; 2006, ¹ 12, maddə 1034; 2007, ¹ 3, maddə 224; 2011, ¹ 10, maddə 889) 2-ci hissəsinin beşinci abzasında "məhkəmə-daktiloskopik" sözlərindən sonra ", məhkəmə tibbi-genetik, məhkəmə partlayış-texniki" sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 28 aprel 2014-cü il

Azərbaycan.-2014.- 30 aprel.- S.1.