İsveçrə Konfederasiyasının Prezidenti Zati-aliləri cənab Didye Burkhalterə

 

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Konfederasiyanın yaranması günü münasibətilə Sizibütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-İsveçrə münasibətləri dinamik şəkildə inkişaf edərək yeni məzmun kəsb etmişdir. İnanıram ki, dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveçrə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 iyul 2014-cü il.

 

Azərbaycan.- 2014.- 1 avqust.- S. 1.