Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin məlumatı

 

Avqustun 3-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Türkiyənin Baş naziri son günlər cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin mövqelərimizə hücumlarının qarşısını alarkən Azərbaycan hərbi qulluqçularının həlak olması xəbərindən dərindən kədərləndiyini bildirib bununla əlaqədar öz adından Türkiyə xalqı adından Azərbaycan Respublikasının Prezidentinə, xalqımıza şəhidlərin ailələrinə başsağlığı verib.

Dövlətimizin başçısı başsağlığına göstərilən diqqətə görə öz adından Azərbaycan xalqı adından Türkiyənin Baş nazirinə Türkiyə xalqına minnətdarlığını bildirib.

Söhbət zamanı Prezident İlham Əliyev Baş nazir Rəcəb Tayyib Ərdoğanı son günlər təmas xəttindəki vəziyyətlə bağlı məlumatlandırıb.

 

 

Azərbaycan. - 2014.- 5 avqust.- S. 1.