BMT Baş katibi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün dialoqu davam etdirməyə çağırıb

 

BMT Baş katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejiminə əməl etməyə və zorakılıqdan çəkinməyə çağırıb.

AzərTAc xəbər verir ki, bu barədə təşkilatın rəsmi nümayəndəsinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, Pan Gi Mun bütün tərəfləri atəşkəs barədə sazişə hörmətlə yanaşmağa, zorakılıqdan çəkinməyə və gərginliyin dərhal aradan qaldırmağa, həmçinin münaqişənin qısa zamandasülh yolu ilə həllinə nail olmaq üçün dialoqu davam etdirməyə çağırıb.

Baş katib ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəklədiyini, münaqişə bölgəsində son günlər gərginliyin artması ilə əlaqədar narahatlığı bölüşdüyünü ifadə edib.

 

Azərbaycan. - 2014.- 6 avqust.- S. 1.