Lənkəranlı şagirdlər Göygolün mədəni və tarixi abidələri ilə tanışlıqdan xoş təəssüratla ayrılıblar

 

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının lənkəranlı iştirakçıları avqustun 3-də Göygöl rayonunda olublar.

AzərTAc xəbər verir ki, rayondakı Heydər Əliyev parkında mehribanlıqla qarşılanan şagirdlər burada Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən mərkəzlə yaxından tanış olublar.

Şagirdlərə məlumat verilib ki, Göygöl rayonu respublikamızın qərbində, dəniz səviyyəsindən 3724 metr yüksəklikdə yerləşir. Göygöl şəhərinin əsası 1819-cu ildə Almaniyadan gəlmiş mühacirlər tərəfindən qoyulubHelenendorf adlandırılıb. 1930-cu ildə mərkəzi Helenendorf olmaqla rayon statusu alıb, əvvəlcə Nərimanov, sonralar isə Xanlar adlandırılıb. Rayon 2008-ci ilin mayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Göygöl adlandırılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl rayonuna üç dəfə səfər edib. Bu səfərlər Göygölün inkişafında, abadlaşmasında mühüm rol oynayıb. Artıq Göygöl rayonun başdan-başa abadlaşaraq, müasir görkəm alıb.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra şagirdlər rayonun görməli yerləri ilə tanışlığa başlayıblar.

Ötən il istifadəyə verilən Gənclər Mərkəzinə gələn lənkəranlı burada gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, mərkəzdə 180 yerlik akt zalı, linqafon, rəqs, əyləncə otaqları, həmçinin kafe fəaliyyət göstərir.

Vaxtilə almanların yaşadıqları evlərin yerləşdiyi küçə ilə hərəkət edən şagirdlər 1854-cü ildə rayon mərkəzində inşa edilmiş Lüteran kilsəsinə gəliblər. Qeyd edilib ki, hazırda kilsədə tarix-diyarşünaslıq muzeyi yerləşir.

Sonra lənkəranlı şagirdlər Göygöl şəhərində yaşamış sonuncu alman Viktor Klaynın ev muzeyi ilə tanış olublar.

Şagirdlərin Göygöl rayonu ilə tanışlığı Bayraq Meydanında başa çatıb.

 

Azərbaycan. - 2014.- 5 avqust.- S. 7.