Azərbaycan vətəndaşı olmağımızla fəxr edirik

 

Gəncənin ərazisinə daxil olduğumuz ilk dəqiqədən Azərbaycanın bu qədim diyarının necə böyük sürətlə inkişaf edərək nəinki ölkəmizin, hətta, mən deyərdim, dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyinin əyani şahidi olduq. Bu gün Gəncə həqiqətən Azərbaycanın ikinci ən böyük şəhəri statusuna malikdir.

Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Gəncəyə gələn Lənkəran şəhərindəki 4 nömrəli orta məktəb-liseyin müəllimi Məhərrəməli Mirzəyev AzərTAc-a müsahibəsində deyib. O, sözünü bir el məsəli ilə davam etdirərək bildirib ki, əgər hər hansı bir millətin adət-ənənəsinə bələd olmaq istəyirsənsə, birinci öz Vətənindən başla. Bu mənada dövlətimizin başçısının tapşırığı əsasında həyata keçirilən bu aksiya yüksək dəyərləndirilməlidir. Mən Azərbaycanın bölgələrini çox gəzmişəm. Ancaq indiyədək Gəncədə olmamışdım. Sevinirəm ki, Bu gün qədim diyarı ziyarət etdiyimə görə çox sevinirəm. Xüsusilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsində olmaq mənim üçün böyük şərəfdir. Belə bir gözəl ölkənin- Azərbaycanın vətəndaşı olmağımla fəxr edirəm.

 

Azərbaycan. - 2014.- 3 avqust.- S. 3.