Dövlət Komitəsinin sədri: Son vaxtlar qeyri-ənənəvi
cərəyanlar din adından istifadə
etməklə öz ideologiyalarını yaymağa çalışırlar
Avqustun
6-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz
Qurbanlı Sumqayıtda dini icmaların nümayəndələri
ilə görüş keçirib.
DQİDK-dən AzərTAc-a bildirilib ki, görüşdən əvvəl M.Qurbanlı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ümummilli lideri Heydər Əliyevin şəhərdəki abidəsini və Sumqayıt Cümə məscidini ziyarət ediblər. Cümə məscidi ilə tanışlıqdan və dindarlarla qısa söhbətdən sonra Tarix Muzeyində keçirilən görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının I müavini, Dini İşlər üzrə Komissiyanın sədri Rövşən Sadıxov, Dövlət Komitəsinin Sədr müavini Gündüz İsmayılov Sumqayıt şəhəri ilə yanaşı, Abşeron və Xızı rayonlarının dini icmalarının nümayəndələri iştirak ediblər.
R.Sadıxov Dövlət Komitəsinin sədri kimi Mübariz Qurbanlının ilk görüşünü məhz Sumqayıtda keçirməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu görüş dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir.
DQİDK-nın Sumqayıt-Abşeron bölgəsi üzrə şöbə müdiri Azər Abbasov çıxış edərək bölgədəki dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verib. Qeyd edilib ki, müxtəlif dini konfessiyaların yaşadığı bölgədə icmalar arasında tolerant münasibətlər mövcuddur.
Dövlət Komitəsinin sədri M.Qurbanlı bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Dövlət Komitəsinin sədri bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
Son illərdə ölkəmizdə bütün
sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizə
dövlət qayğısının daha da artdığını diqqətə
çatdıran natiq, prezident
İlham Əliyevin təşəbbüsü
ilə əsaslı təmir və bərpa olunan
ibadət ocaqlarının, ziyarətgahların sayının
günü-gündən çoxaldığını bildirib. DQİDK-nın sədri diqqətə
çatdırıb ki, son
vaxtlar qeyri-ənənəvi cərəyanlar
din adından istifadə etməklə öz ideologiyalarını yaymağa
çalışırlar.
Azərbaycan. - 2014.- 7 avqust.- S. 5.