Azərbaycan-İran əməkdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyub

 

Avqustun 7-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İran biznes forumu keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, İran tərəfindən sənaye, kənd təsərrüfatı, ticarət, tikinti materiallarının istehsalı, təhsil, logistika sahələrində fəaliyyət göstərən 50-dən çox şirkətin nümayəndəsi iştirak edib. Azərbaycan tərəfi isə analoji sahələrdə fəaliyyət göstərən 100-dən çox adamı ilə təmsil olunub.

Biznes forumda çıxış edən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev vurğuladı ki, Azərbaycan və İran arasında siyasi əlaqələr yüksək səviyyədədir və 2014-cü ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Həsən Ruhani ilə Davosdakı görüşündən, eləcə də dövlətimizin başçısının bu ilin aprelində Tehrana rəsmi səfərindən sonra ölkələrimiz arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda Azərbaycan-İran əlaqələri iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam edirbu əməkdaşlığın genişlənməsində adamları arasında əlaqələrin inkişafı da mühüm əhəmiyyətə malikdir.

Nazir qeyd etdi ki, İran nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində ölkələrimiz arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclası keçirilib və müzakirə edilən bütün məsələlər üzrə razılıqlar əldə olunub. Belə ki, Dövlət Komissiyasının iclasında Azərbaycanla İran arasında ticarət dövriyyəsinin artırılması və qarşılıqlı tələbatın müəyyənləşdirilməsi məqsədilə ixrac qabiliyyətli mallar haqqında, eləcə də investisiya fəaliyyətinin genişləndirilməsi məqsədilə bu sahədə mütəmadi məlumat mübadiləsinin aparılması qərara alınıb. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və İranın Ticarət Palatasının iştirakı ilə işçi qrupu yaradılacaq. Azərbaycan hökuməti ilə İran hökuməti arasında “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, enerjisu ehtiyatlarından istifadə sahəsində əməkdaşlığa dairSazişin imzalanması ilə bağlı işlərin sürətləndirilməsi barədə də razılığa gəlinib. Bundan başqa, tərəflər Azərbaycan Prezidentinin İrana rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında OrdubadMarazad su elektrik stansiyalarının tikintisi və istismarı haqqında Sazişin İranın aidiyyəti orqanları tərəfindən təsdiq olunmasının sürətləndirilməsi və icrasına başlanması barədə razılaşıblar. Eldə edilmiş razılaşmalara, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan “Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar işlərin sürətləndirilməsi, Astara (İran) - Astara (Azərbaycan) sərhəd keçid məntəqəsində yeni dəmiravtomobil yollarının, həmçinin piyada körpülərinin tikintisi, müştərək sərhəd keçid məntəqələrində rüsumların azaldılması məsələsinə baxılması da daxildir. Dövlət Komissiyasının iclasında, həmçinin investisiya qoyuluşu, enerji, bank, İKT, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə olunub.

Ş.Mustafayev Azərbaycan və İran arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımından biznes forum, işgüzar görüş və sərgilərin əhəmiyyətini qeyd etdi, bugünkü tədbirin adamları arasında əməkdaşlığın inkişafına, ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini vurğuladı.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi çıxışında Azərbaycan Prezidentinin bu ilin aprel ayında Tehrana rəsmi səfərinin hər iki ölkə, eləcə də beynəlxalq aləm üçün xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Diqqətə çatdırdı ki, bu səfərdən sonra İran Prezidenti Həsən Ruhaninin Azərbaycanla əlaqələri prioritet hesab edərək ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi barədə aidiyyəti qurumlara tapşırıqlar verib. Ölkələrimizin iqtisadi əlaqələrinin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edən iranlı nazir daha sonra bununla bağlı fikirlərini bölüşdü. Azərbaycan və İran arasında müştərək ticarət və əməkdaşlıq palatasının yaradılmasını təklif etdibunun ölkələrimiz arasında iqtisadi əlaqələrin müsbət dinamikasını daha da sürətləndirəcəyinə əminliyini ifadə etdi.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühitiinvestisiya imkanlarına, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası sədrinin müavini Əli Əkbər Fərazi isə İran iqtisadiyyatına dair təqdimatlarla çıxış etdilər.

Biznes forum çərçivəsində AZPROMO ilə İran İnvestisiya, İqtisadiTexniki Dəstək Təşkilatı arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalandı.

Daha sonra İran adamlarının Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərlə ikitərəfli görüşləri keçirildi.

 

Azərbaycan. - 2014.- 8 avqust.- S. 4.