Gintaras Visotskas: Aİ-ninNATO-nun üzvü olan ölkələrin əksəriyyəti hesab edir ki, Dağlıq Qarabağ Azərbaycana məxsus olmalıdır

 

Avqustun 6-da Litvanın www.slaptai.lt internet portalında bu saytın rəhbəri Gintaras Visotskasın “Cənubi Qafqazdan narahatlıq doğuran xəbərlər: Ermənistan Silahlı Qüvvələri Azərbaycanı atəşə tuturlar” sərlövhəli məqaləsi dərc olunub (http://www.slaptai.lt/index.php/gyvenimo-skandalai/8314-nerima-keliancios-zinios-is-pietu-kaukazo-armenu-pajegos-apsaudo-azerbaidzana.html).

Məqalədə deyilir ki, son bir neçə gündə Ermənistan və Azərbaycan arasında qoşunların təmas xəttində yaranan silahlı toqquşmalar haqqında informasiya hazırda dünya KİV-lərinin ilk səhifələrində dərc olunur. Yeri gəlmişkən, Ermənistan və Azərbaycan arasında yenidən başlanan münaqişə bir neçə gün ərzində hətta UkraynaRusiya arasında hərbi hadisələr barədə informasiyanı arxa plana keçirib. G.Visotskas yazır ki, siyasi və hərbi ekspertlər belə bir məsələ üzərində təsadüfən “baş sındırmır”. Ermənistan tərəfindən yeni silahlı hücumlar hansı məqsədə xidmət edir? Bəlkə bu, yeni beynəlxalq münaqişənin başlanğıcıdır? G.Visotskas əmindir ki, nüfuz dairələrinin sərhədlərini yenidən dəyişdirmək istəyən qüvvələr mövcuddur.

Bu münaqişəyə müxtəlif cür - həm yerli, həm də beynəlxalq səviyyəli münaqişə kimi yanaşmaq olar. Hücumların təşəbbüskarı bir qayda olaraq Ermənistandır. Lakin Azərbaycanın öz istəyi ilə öz torpaqlarından imtina edəcəyini düşünmək sadəlövhlükdür. Özü də ermənilər Dağlıq Qarabağla bərabər, daha yeddi sərhədyanı rayonu işğal ediblər.

Son onilliklərin təcrübəsi göstərir ki, Azərbaycan zəbt olunmuş torpaqları sırf dinc vasitələrlə geri qaytarmağa çalışır, bütün beynəlxalq öhdəliklərə dəqiq riayət edir. Ona görə də bütün müasir dünyanın dəstəyinə nail olub. Aİ-ninNATO-nun üzvü olan ölkələrin əksəriyyəti hesab edir ki, Dağlıq Qarabağ Azərbaycana məxsus olmalıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə ekskurs edən məqalə müəllifi diqqətə çatdırır ki, Ermənistanın Dağlıq Qarabağın strateji əhəmiyyət təşkil edən münbitminerallarla zəngin torpaqlarını ələ keçirmək arzusu Azərbaycan xalqının nümayəndələrinə silahlı hücumlarla, etnik təmizləmə ilə müşayiət olunub. Hərbi əməliyyatları yalnız 1994-cü ildə dayandırmaq mümkün olub.

G.Visotskas yazır ki, avqustun 8-9-da Soçidə Ermənistan və Azərbaycan prezidentlərinin danışıqlarına böyük ümidlər bəslənilir. Ola bilsin, bu danışıqlar cəbhədə atəşi də kəsər. Azərbaycan intensiv və məqsədyönlü şəkildə təhrik olunmasa, vuruşmanın çox böyük olacağı gözlənilmir.

 

Nigar Cəfərli

AzərTAc-ın xüsusi müxbiri

Vilnüs

 

Azərbaycan. - 2014.- 8 avqust.- S. 5.