Professor Akkan Suver: Azərbaycan torpaqlarının bir qismini işğal
altında saxlamaq Ermənistana
yaxşı heç nə vəd etmir
Son
günlər işğalçı dövlətin atəşkəs
rejimini daha intensiv pozmasının məqsədi Azərbaycan tərəfinin
davam etdirdiyi sülh danışıqlarına əngəl
yaratmaqdır.
Bu sözləri AzərTAc-a müsahibəsində Ermənistan silahlı qüvvələrinin son günlər cəbhə xəttində təxribatlarına münasibət bildirən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru, professor Akkan Suver deyib.
Azərbaycanın sürətli
inkişafını yüksək dəyərləndirən Professor Akkan Suver qeyd edib:
“Ümummilli lider Heydər
Əliyevin sülh və sabitliyin
qorunması istiqamətində həyata keçirdiyi
strategiya təkcə Azərbaycan üçün yox, bəşəriyyət
üçün əhəmiyyət
daşıyan irsdir. Bu
strategiya xalqların dinc
şəraitdə yaşamasını təmin edən idarəçilik
nəzəriyyəsidir. Prezident İlham Əliyevin əzmlə davam etdirdiyi bu siyasət Azərbaycanı dünyada
daha da şöhrətləndirib.
Azərbaycan həm də öz təhlükəsizliyini
təmin etmək üçün güclü ordu
yaradıb. Təcavüzkar tərəf yaxşı anlayır
ki, Azərbaycan torpaqlarının bir qismini işğal
altında saxlamaq Ermənistana
yaxşı heç nə vəd etmir. Dağlıq Qarabağ
münaqişəsinin həllinin yeganə yolu
problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində,
sülh yolu ilə aradan qaldırılmasıdır. Ermənistan
hakimiyyəti uzun illərdir ki, öz xalqını
aldadıb. Ermənilər cəbhədə vəziyyəti gərginləşdirməklə
Azərbaycanın bütün xalqlara dinc və sabit şəraitdə yaşamaq
üçün verdiyi
zəmanətə olan inamı azaltmaq istəyirlər”.
Sabir Şahtaxtı,
AzərTAc-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan. - 2014.- 8 avqust.- S. 7.