Latviyanın müdafiə naziri Dövlət Bayrağı Meydanında olub

 

Azərbaycanda səfərdə olan Latviyanın müdafiə naziri Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyəti avqustun 8-də Dövlət Bayrağı Meydanında olub.

AzərTAc xəbər verir ki, latviyalı qonaqlara dünyada ən hündür bayraq dirəklərindən birinin yerləşdiyi Dövlət Bayrağı Meydanı haqqında məlumat verilib. Meydanı gəzən nümayəndə heyətinin üzvləri, həmçinin dövlətimizin başçısının təşəbbüsü ilə meydanda yaradılmış Dövlət Bayrağı Muzeyi və oradakı nadir eksponatlarla tanış olublar.

Sonda latviyalı nazirə xatirə hədiyyəsi təqdim edilib.

Dövlət Bayrağı Meydanı ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.

 

Azərbaycan. - 2014.- 9 avqust.- S. 4.