Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin məlumatı
Avqustun
10-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı prezident
seçkilərində inamlı
qələbə qazanması
münasibətilə səmimi
qəlbdən təbrik
edib, ona Türkiyə xalqının
firavanlığı və
əmin-amanlığı naminə
ali dövlətçilik
fəaliyyətində uğurlar
arzulayıb.
Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə
və təbrikə görə minnətdarlığını
bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Rəcəb Tayyib Ərdoğan
ölkələrimiz arasında strateji əməkdaşlığa
əsaslanan dostluq və qardaşlıq
münasibətlərinin bütün sahələrdə
bundan sonra da uğurla inkişaf edəcəyinə əmin
olduqlarını bildiriblər.
Azərbaycan. - 2014.- 12 avqust.- S. 1.