Mövlud Çavuşoğlu: İşğal olunmuş torpaqlarını azad etmək üçün siyasi və hərbi mübarizə Azərbaycanın haqqıdır

 

Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində tez-tez atəşkəs rejimini pozması Azərbaycan torpaqlarının iyirmi faizinin işğal olunmasına dünya birliyinin biganə münasibətinin nəticəsidir.

AzərTAc xəbər verir ki, bu sözləri Türkiyənin Avropa İttifaqı üzrə naziri Mövlud Çavuşoğlu “TRT haberteleviziya kanalına müsahibəsində söyləyib.

Siyasətçi daha sonra deyib ki, işğal altında olan torpaqlarını azad etmək üçün siyasi və hərbi mübarizə aparmaq Azərbaycanın haqqıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri fəallığı artırmalıdırlar. Dünya birliyi anlamalıdır ki, Dağlıq Qarabağbu cür münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllini tapmaması milli, dini və ərazi zəminində digər münaqişələrin yaranmasına səbəb olcaq.

 

Sabir Şahtaxtı,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 

Azərbaycan. - 2014.- 13 avqust.- S.2.