Daxili investisiyanın həcmi 70 faizi üstələyir

 

Ölkə iqtisadiyyatının yüksək templə inkişaf etməsində kapital qoyuluşunun  kreditləşmənin mühüm əhəmiyyəti var. Keçən əsrin 90-cı illərinin ikinci yarısında iqtisadiyyatın dinamik inkişafının ilk mərhələsində xarici kapital qoyuluşu mühüm rol oynadı. Sonrakı mərhələlərdə xarici kapitalla daxili kapital iqtisadiyyatın inkişafına bərabər şəkildə töhfələr verdi. Hazırda iqtisadiyyata daxili kapital qoyuluşu üstünlük təşkil edir. Ona görə ki, həyata keçirilən düzgün siyasət nəticəsində neft hasilatından əldə olunan gəlir digər sahələrin inkişafına yönəldilir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətin bu sahəyə xüsusi diqqət ayırdığını bildirərək demişdir: "Ölkəmizin maliyyə vəziyyəti çox sabitdir. Mən dəfələrlə demişəm, bizim iqtisadi və maliyyə vəziyyətimiz müstəqilliyimizi şərtləndirən əsas amillərdən biridir. Azərbaycan böyük maliyyə resurslarına malikdir. Bu resursları biz özümüz yaratmışıq, bizə heç kim kömək etməmişdir. Azərbaycan xalqının istedadı və düşünülmüş siyasət nəticəsində bunu əldə etmişik. Bu gün dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə,  hesab edirəm ki, Azərbaycan aparıcı, yəni, ən qabaqcıl yerlərdədir. Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız vardır. Bu da bizə inam, əminlik verir, imkan verir ki, bundan sonra da böyük infrastruktursosial layihələrimizi icra edək".

Son altı ayda qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2600-dən çox sahibkara 129 milyon manat güzəştli kredit verilibbu kreditlər hesabına 6 minədək yeni yerinin açılması nəzərdə tutulub. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 27,4 faiz artıb.

Bu dövr ərzində verilmiş kreditlərin 79 faizi regionların, 21 faizi Bakı qəsəbələrinin payına düşməklə 84 faizi aqrar sahənin, 16 faizi isə sənaye və digər sahələrin inkişafına yönəldilmişdir. Maliyyələşdirilmiş 20 istehsal, emalinfrastruktur müəssisələri artıq istifadəyə verilmişdir. İlin sonunadək əlavə olaraq 60 yeni müəssisənin işə salınması planlaşdırılır. Bu da ölkənin iqtisadi inkişafı ilə yanaşı, əhalinin işlə təminatı və sosial rifahının yaxşılaşması deməkdir.

Dövlət Statistika Komitəsinin ilin birinci yarısına açıqladığı rəqəmlərdən məlum olur ki, ölkənin iqtisadisosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7625,9 milyon manat vəsait yönəldilmiş, onun 69,5 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3,4, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 10,7 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına 5179,3 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə isə 2446,6 milyon manat vəsait yönəldilmişdir. Bu investisiyanın ümumi həcminin 49,2 faizi dövlət,  50,8 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 70,7 faizini təşkil etmiş, onun 66,1 faizi dövlət, 33,9 faizi isə qeyri-dövlət bölməsinin hesabına formalaşmışdır.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 4240,2, bank kreditləri 273,9, büdcə vəsaitləri 2717,7, büdcədənkənar  fondların vəsaitləri 135, əhalinin şəxsi vəsaitləri 220 milyon manat təşkil etmişdir.

Dövlət kapital qoyuluşunda sənaye və istehsal sahələrinə üstünlük verir. Bunun nəticəsidir ki, hesabat dövründə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 47 faizi sənaye sahələrinin, 18,8 faizi isə tikintinin inkişafına yönəldilib. Eyni zamanda, dövlət qeyri-neft bölməsinin inkişafına da xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, son illərdə qeyri-neft sənayesinə qoyulan kapitalın həcmi də ildən-ilə artmaqdadır. Cari ilin altı ayında qeyri-neft bölməsinə ayrılmış vəsaitin 67,5 faizi dövlət tərəfindən həyata keçirilmiş, 32,5 faizi qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların payına düşmüşdür.

Ölkədə olan münbit investisiya mühiti həmişə xarici investorları özünə cəlb edib. Müstəqilliyimizin ilk illərində olduğu kimi, indixarici sərmayəçilər ölkə iqtisadiyyatına kapital qoyulmasında fəal iştirak edir. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala 1794,1 milyon manat vəsait yönəldilmişdir. Bu vəsaitin 80,3 faizi tərəfdaşlarımız olan Böyük Britaniya, Norveç, ABŞ, Türkiyə, YaponiyaFransa sərmayədarlarına məxsusdur.

İqtisadiyyata kapital qoyuluşu yeni yerlərinin açılmasına və işçilərin əməkhaqlarının yüksəlməsinə təkan verən amildir. Ötən beş ay ərzində inşaat bölməsində çalışmış işçilərin orta siyahı sayı 95,6 min nəfər olmuş, onların orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artaraq 618,3 manat təşkil etmişdir. İxtisaslaşdırılmış tikinti işlərində işləyən işçilərin əməkhaqları isə 17 faiz artmışdır.

 

Rüstəm KAMAL

 

Azərbaycan. - 2014.- 12 avqust.- S. 4.