«Əqli mülkiyyət hüquqlarının təminatı və piratlığa qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Əqli mülkiyyət hüquqlarının təminatı və piratlığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Müəyyən edilsin ki, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratlığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin qeyri-qanuni hazırlanmasının (istehsalının) və yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi, nəzarət markalarının qeyri-qanuni yayılmasının qarşısının alınması və vergi nəzarəti zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinin pozulması ilə bağlı məsələlər üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 avqust 2014-cü il

 

Azərbaycan. - 2014.- 14 avqust.- S. 1.