Pantomima Teatrında «Manqurt»

 

Teatr sənətində özünəməxsus yeniliklərlə zəngin olan, qeyri-ənənəvi üslubla tamaşaçıları düşündürən Dövlət Pantomima Teatrının kollektivi mövsümü dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərinin motivləri əsasında hazırlanan "Manqurt" tamaşası ilə açmağa  hazırdır. Xatırladaq ki, tamaşaya teatrın aktyoru Ceyhun Dadaşov quruluş verib.

 

Azərbaycan. - 2014.- 14 avqust.- S. 7.