Şagirdlər Qəbələdə musiqili-əyləncəli və intellektual oyunlarda iştirak ediblər

 

"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının Qobustan və Hacıqabul rayonlarından olan iştirakçıları İsmayıllı ilə tanışlıqdan sonra Qəbələyə gəliblər.

AzərTAc xəbər verir ki, Qəbələdəki "Qafqaz Yeddi Gözəl" hotelində yerləşdirilən 80 şagirdə bu rayonun coğrafi mövqeyi, turizm obyektləri, tarixi-mədəni abidələri haqqında məlumat verilib, onların sualları cavablandırılıb.

Sonra şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.

 

Azərbaycan. - 2014.- 14 avqust.- S. 7.