Bilik Fondunun ilk layihəsi

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu artıq layihələrə start verdi. Fondun ilk layihəsi "Dini abidələrdə tarixin izləri" adlanır. Layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, eləcə Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri görüləcək.

Layihənin həyata keçiriləcəyi ilk məkan Bərdə İmamzadəsi olacaq. Azərbaycan ərazisində qədim abidələrdən olan Bərdə İmamzadəsi kompleksinin tarixinin dərindən araşdırılmasına, daş kitabələrin oxunmasına, abidə üzərində bərpa işlərinin aparılmasına ehtiyac duyulur.

Bərdə İmamzadəsinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qarabağ üzrə qazisi Ramazan Hüseynov layihənin gərəkli olduğunu vurğulayıb: "Azərbaycandakı ziyarətgahlarda tarixin izləri gizlənib. Onları dəqiqliklə oxumaq, öyrənmək gələcək nəsillərə çatdırmaq olduqca faydalı işdir. Bu layihənin həyata keçirilməsində tərəfimizdən kömək lazımdırsa, hazırıq".

Fondun "Dini abidələrdə tarixin izləri" layihəsinə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumları da cəlb olunacaq. İlk mərhələdə tarixçi alimlər, din xadimləri, Bərdə ziyalılarının iştirakı ilə "Bərdə İmamzadəsi keçmişdə bu gün" mövzusunda "dəyirmi masa" keçiriləcək, elmi praktik konfrans təşkil olunacaq.

Layihənin əsas məqsədi Azərbaycan Qafqazın digər bölgələrində yaşayan əhalinin maarifləndirilməsi, ziyarətgahlar barədə düzgün elmi, tarixi, dini biliklərin verilməsi, milli-mənəvi, dini dəyərlərimizin qorunub saxlanması gələcək nəsillərə ötürülməsidir.

Yaxın gələcəkdə Bilik Fondu müxtəlif istiqamətlərdə layihələr həyata keçirməyi planlaşdırır. Bu layihələr içərisində "Ustad və şəyird", "Azərbaycan elmi bu gün xaricdə", "Dünya elmi bu gün Azərbaycanda", "Docendo discimus", "Fondun xarici nümayəndəliklərinin yaradılması", "Epizodlar", "Auditoriya +",  "Qardaşlaşmış məktəblər" layihələrinə hazırlıq prosesi gedir.

 

Azərbaycan. - 2014.- 9 avqust.- S. 7.