Un mondo di İtalianionlayn qəzeti: Azərbaycan tərəfindən göstəriləcək yardım Romanın mədəni inkişafına mühüm töhfə verəcək

 

“Un mondo di İtaliani” onlayn qəzetində Azərbaycan tərəfindən Romada Aleksandria ərazisində arxeoloji qazıntıların aparılmasına maddi yardım göstəriləcəyi ilə bağlı məqalə yerləşdirilib.

Məqalədə deyilir ki, Prezident İlham Əliyevin cari ilin iyulunda İtaliyaya rəsmi səfəri çərçivəsində “Mercati di Traianomuzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasına dair imzalanan saziş Romanın mədəni inkişafına mühüm töhfə verəcək. Dünya mədəni irsi üçün vacib olan bu ərazidə arxeoloji parkın qurulmasına Azərbaycan tərəfindən göstəriləcək bu yardım romalılar üçün çox önəmli bir addımdır.

Yazıda sənədin imzalanma mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə də yer verilib: “Bu gün əlaqələrimizdə çox vacib bir gündür. İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir, müxtəlif sahələri əhatə edir. Biz yaxşı dost və tərəfdaşlarıq. Biz fəxr edirik ki, Azərbaycan sizin tarixi memarlıq irsinizin bərpasında iştirak edir. Sizin tarixiniz, mədəniyyətiniz, memarlığınız bütün bəşəriyyətə məxsusdur. Azərbaycan fəxr edir ki, bu prosesin iştirakçısıdır”.

 

Maqsud Dadaşov

AzərTAc-ın xüsusi müxbiri

Roma

 

Azərbaycan. - 2014.- 15 avqust.- S. 1.