Qubadakı kütləvi məzarlığı ziyarət edən məktəblilərin gözlərindən düşmənə nifrət oxunurdu

 

Xəbər verdiyimiz kimi, Şəmkir və Gədəbəydən olan məktəblilər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən bu tur-aksiya çərçivəsində Azərbaycanın şimal bölgəsindədirlər.

Ekskursiya zamanı məktəbliləri müşayiət edən Şəmkir Rayon Təhsil Şöbəsinin metodisti Vəfa Namazova AzərTAc-a müsahibəsində bu tur-aksiyaların şagirdlərin istirahəti, Vətənimizi daha yaxından tanımaları üçün çox gözəl vasitə olduğunu bildirdi. Qeyd etdi ki, tur-aksiya çərçivəsində artıq Şabran, QusarQuba rayonlarının görməli yerləri, tarixi məkanları ilə tanış olublar. Səfər etdiyimiz hər bir yerdə məktəblilər yeni faktlar öyrənir. Avqustun 15-də Qubadakı kütləvi məzarlığı ziyarət etdik. Məktəblilərin bu dəhşətli mənzərəyə reaksiyasını görməyə dəyərdi. Onların gözlərindən düşmənə nifrət oxunurdu. Düşünürəm ki, Quba Soyqırımı Memorial Kompleksinə ekskursiyalar mütəmadi davam etdirilməlidir. Tarixi düşmənimizin əsl siması burda açılır.

Vəfa Namazova dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən tur-aksiyanın yüksək səviyyədə təşkil edildiyini vurğuladı. Bildirdi ki, olduğumuz rayonların hər birində məktəblilər üçün zəngin ekskursiya proqramı tərtib edilib. Bununla yanaşı, şagirdlərimiz hər gün bol əyləncə və mənalı istirahətdən zövq alırlar.

 

Azərbaycan. - 2014.- 17 avqust.- S.5.