V.Ə.Rzaquliyevə «Əməkdar mühəndis» fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə Vidadi Əsgər oğlu Rzaquliyevə "Əməkdar mühəndis" fəxri adı verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 avqust 2014-cü il

 

Azərbaycan. - 2014.- 16 avqust.- S.1.