Səfir Möhsün Pakayin: Azərbaycan ilə İran arasında münasibətlərin inkişafı üçün heç bir maneə yoxdur

 

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayinin aztabriz.irib.ir saytında məqaləsi dərc edilib.

Səfir İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyanın Bakıda keçirilən 9-cu iclasında müzakirə olunan məsələlərə toxunaraq bildirib ki, İranın İnvestisiya, İqtisadiyyatTexniki Dəstək Fondu ilə Azərbaycanın İxracın və İnvestisiyanın Təşviqi Fondu arasında əməkdaşlıq haqqında protokolun imzalanması hər iki tərəfin maksimum anlaşmaya çatmaq üçün güclü iradəsinin olduğunu göstərdi. İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Prezidenti tərəfindən qəbul edildiyini vurğulayan səfir, görüşPrezident İlham Əliyevin “İran və Azərbaycan regional müttəfiqə çevrilə bilər” fikrinə xüsusi yer ayıraraq nəzərə çatdırıb ki, ölkələr arasındakı iqtisadi münasibətlərin genişlənməsi strateji münasibətlərin formalaşmasına səbəb olacaq.

M. Pakayin qeyd edib ki, Azərbaycan tərəfinin iranlı adamlarına sadələşdirilmiş viza sistemini tətbiq etməyə razılaşması iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişafına gətirib çıxaracaq ki, bu da hər iki ölkə üçün olduqca faydalıdır.

Materialda göstərilib ki, İranla Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsinə zəmin yarada biləcək əsas sahələrdən biri də özəl sektorlar arasında əlaqələrin gücləndirilməsi ola bilər. Tehran və Ərdəbil vilayətlərində fəaliyyət göstərən adamlarının Bakıda keçirilən biznes forumda iştirakı özəl sektor nümayəndələrinin qarşılıqlı əməkdaşlığı üçün əsas yaradıb.

Məqalənin yekununda bildirilib ki, İran Prezidenti Həsən Ruhaninin Azərbaycan Prezidenti İlham Əliyevlə Davos şəhərində görüşübu görüşdən iki ay sonra Azərbaycan dövlət başçısının İrana səfəri, ölkə rəhbərliyi ilə səmimi görüşləri müştərək iqtisadi komissiyanın 9-cu iclasının müvəffəqiyyətlə keçməsinə şərait yaradıb. İki dövlətin ciddi əzmkarlığını nəzərə alaraq demək olar ki, Azərbaycan ilə İran arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edirbu münasibətlərin inkişafı üçün heç bir maneə yoxdur.

Rabil Kətanov

AzərTAc-ın xüsusi müxbiri

Tehran

 

Azərbaycan. - 2014.- 16 avqust.- S. 5.