Gözəllikdən doymur ürək

 

Qədim tarixi, maraqlı turizm obyektləri olan Gəncəyə keçirilən tur-aksiya məndə xoş təəssürat yaratdı. Biz Gəncənin timsalında Azərbaycanın necə sürətlə inkişaf etdiyinin bir daha şahidi olduq.

Bu sözləri Şabran şəhərindəki 1 nömrəli orta məktəbin X sinif şagirdi Qələmi Həkimov müsahibəsində dedi. O, əlavə etdi ki, bizim üçün ayrılmış xüsusi avtobusla Şabrandan Gəncəyə gedərkən yolboyu rayonlarda həyata keçirilən abadlıq və quruculuq işlərinə maraqla baxırdıq. Bu xoş mənzərəni seyr etdikcə ürəyimiz qürur hissi ilə dolurdu. Fəxr edirdik ki, belə bir ölkədə yaşayırıq. Gəncəyə çatanda gördüklərimiz isə ürəyimizi dağa döndərdi. Parkxiyabanlar, geniş və yaraşıqlı prospektlər göz oxşayırdı. Doğrudur, Gəncə şəhərində  aparılan geniş abadlıq və quruculuq işləri barədə məlumatım var idi. Lakin bütün bunları öz gözlərimlə görməyim qəlbimdə sonsuz sevinc hissi yaratdı.

 

Azərbaycan. - 2014.- 16 avqust.- S. 6.