Müasir üslublu rəsmlərə maraq

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində gənc rəssamlar üçün ustad dərsi keçirilib.

Paytaxtdan dəvət olunmuş əməkdar rəssam Eldar Qurbanov gənc rəssamlara abstrakt cərəyanda çəkilən rəsmlər haqqında məlumat verib. O, modern üslubda işlənən bu növ rəsmlərin texnikasından danışıb. Dünyada bu janra maraq göstərən xeyli rəssamın olduğunu deyən Eldar Qurbanov gələcəkdə adıçəkilən sahədə naxçıvanlı rəssamların da uğur qazanacaqlarına əminliyini bildirib, onlara yaradıcılıqlarında müvəffəqiyyətlər arzulayıb.

Əməkdar rəssam Eldar Qurbanov "Naxçıvan - bəşəriyyətin beşiyi" mövzusunda keçirilmiş I və II beynəlxalq rəsm festivallarının iştirakçısı olub.

 

 

Azərbaycan. - 2014.- 16 avqust.- S. 8.