Tamara Sinyavskaya: Müslüm Maqomayevin musiqisi onun qəlbinin və daxili aləminin aynasıdır

 

Müslüm Maqomayevin musiqisi onun qəlbinin və daxili aləminin aynasıdır. O çox xeyirxah ziyalı və alicənab bir insan idi.

AzərTAc xəbər verir ki, bu sözləri Fəxri xiyabanda jurnalistlərə müsahibəsində Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq Artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya deyib.

O, qeyd edib ki, musiqi dünyasında silinməz iz qoymuş böyük müğənnidən danışmaqla qurtarmaz.

T.Sinyavskaya deyib: “Müğənninin daxili aləmini görmək üçün onun mahnılarını dinləmək lazımdır. Müslüm qəlbindəkiləri öz yaradıcılığı vasitəsilə insanlarla paylaşırdı”.

 

Azərbaycan. - 2014.- 19 avqust.- S. 5.