Azərbaycan «CEBIT Bilişim-2014» konfransında geniştərkibli nümayəndə heyəti ilə təmsil olunacaq

 

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Türkiyədə keçiriləcək "CEBIT Bilişim-2014" sərgi-konfransında geniş nümayəndə heyəti ilə iştirak edəcək.

Nazirlikdən bildiriblər ki, Avrasiya regionunda böyük və əhəmiyyətli tədbirlərdən biri olan "CEBIT Bilişim-2014" qlobal konfransı sentyabrın 11-dən 14-dək İstanbulda keçiriləcək. Azərbaycanı tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun rəhbərliyi ilə geniştərkibli nümayəndə heyəti təmsil edəcək.

Beynəlxalq konfransda 72 mindən çox peşəkar mütəxəssisin iştirakı gözlənilir. Konfrans çərçivəsində yüksək səviyyəli görüşlərin, tematik sessiyaların, təqdimatların keçirilməsi planlaşdırılır.

İnformasiya texnologiyaları, telekommunikasiya, rəqəmli media və istehlakçı elektronikası, dünya üzrə tendensiyalarinnovasiyalar  sərgi-konfransın əsas müzakirə mövzuları  olacaq.

 

 

Azərbaycan. - 2014.- 20 avqust.- S. 1.